Direktor: Xalidə Hacı qızı YusifovaƏlaqə tel: +(994) 12 492-68-32; 492-52-45 |
UNEC-in Elmi Şurasının 31 may 2020-ci il tarixli onlayn iclasının EŞ 172 №-li qərarının icrasını təmin etmək məqsədilə Tələbə şöbəsinin bazasında Tələbə işləri mərkəzi yaradılıb.
Tələbə işləri mərkəzi universitetdə tələbə kontingentinin şəxsi işləri, müdafiə protokolları və diplomların təşkili ilə bağlı aşağıdakı funksiyaları həyata keçirir:
– tələbə işləri mərkəzinə daxil olan sənədlərin uçotu və saxlanılmasını həyata keçirmək;
– tələbələrin şəxsi işlərinin qəbulu;
– şəxsi işə aid sənədlərin tam qaydada olmasına nəzarət;
– tələbə əmrlərinin işlənməsi, hər bir əmrdən çıxarış yazılması və müvafiq olaraq tələbənin şəxsi işinə tikilməsi;
– məzunların diplomlarının Təhsil Nazirliyindən alınması;
– diplomların düzgün və vaxtında tərtib edilməsinə tam nəzarət;
– diplomların qeydiyyat kitabına salınması;
– məzunlara diplomların verilməsinin təşkili;
– bakalavr buraxılış işinin və magistr dissertasiyasının müdafiəsi protokollarının vaxtında kafedralara paylanılması;
– protokolların düzgün tərtib edilməsinə nəzarət etmək;
– protokolların Tələbə işləri mərkəzinə vaxtında təhvil verilməsinə nəzarət etmək;
– Tələbə işləri mərkəzinə daxil olan məktublara, sorğulara vaxtında cavab hazırlanması.
*
Tələbə İşləri Mərkəzinə 3 şöbə daxildir:
Tələbə şöbəsi
Tələbə hərəkəti şöbəsi
Bir pəncərə şöbəsi
*
TƏLƏBƏ ŞÖBƏSİNİN ƏSAS FUNKSİYALARI:
TƏLƏBƏ HƏRƏKƏTİ ŞÖBƏSİNİN ƏSAS FUNKSİYALARI:
*
”BİR PƏNCƏRƏ” ŞÖBƏSİ
Tələbələrə göstərilən xidmətin keyfiyyətinin artırılması, tələbə məmnunluğunun təmin edilməsi, əlavə vaxt itkisnin qarşısının alnması, müraciətlərin idarə olunmasına nəzarətin daha da gücləndirməsi və mərkəzləşdirilməsi məqsədilə “Bir pəncərə” xidməti 2019-cu ilin aprel ayından tələbələrin istifadəsinə təqdim edilib. Layihənin əsas məqsədi tələbələrin vahid mərkəzə müraciət edərək, tələb olunan təhsil sənədlərinin ən qısa müddətdə əldə edə bilməsidir.
“Bir pəncərə” sistemi vasitəsilə tələbə, ona lazım olan təhsil arayışının hazırlanması üçün öz şəxsi kabinetindən günün 24 saatı, həftənin 7 günü xidmətə müraciət edə bilir. “Bir pəncərə xidməti” vasitəsilə əsasən – təhsil alma barədə arayış , akademik transkript, təhsil haqqı barədə arayış, qiyabi təhsil alanlar üçün arayış-çağırış, hərbi xidmətlə bağlı arayış, məzun arayışı və təhsil sənədlərinin (attestat, diplom) təsdiqlənmiş surəti verilir.
Hazırlanmış sənəd, imza və möhürlə təsdiq olunur, QR kodla. PDF formatında tələbənin şəxsi kabinetinə göndərilir.
2022/2023-cü tədris ilindən BP-dən arayışlar ingilis dilində də verilməyə başlanıb. Bu baxımdan, sənədlərin ingilis dilinə tərcümə və təsdiqi üçün tələbələri notarius xərclərindən azad edib və tələbələrimizin məmnunluğuna səbəb olub.
Məlumat üçün:2022/2023-cü tədris ilində 20 minə yaxın müraciət cavablandırılıb.
”BİR PƏNCƏRƏ” ŞÖBƏSİNİN ƏSAS FUNKSİYALARI
Təhsilalanların müraciətləri və elektron xidmətlər:
– Tələbənin şəxsi kabinetindən göndərilmiş elektron müraciətlərə əsasən Bir Pəncərə şöbəsində arayışların hazırlanması, tələb olunan təhsil sənədlərinin surətlərinin, akademik transkriptlərin imza və möhürlə təsdiq olunmuş .PDF formatında QR kodla ərizəçinin elektron ünvanına göndərilməsi;
– tələbənin şəxsi kabinetindən göndərilən elektron müraciətlərin aidiyyatı struktur bölməyə (mərkəz, şöbə, dekanlığa) yönləndirilməsi;
– məzun arayışının verilməsi;
– onlayn çat vasitəsilə tələbə sorğularının cavablandırılması;
– müraciətlərin vaxtında cavablandırılmasına nəzarət.*
Tələbə İşləri Mərkəzi UNEC NEWS-da
*
Əməkdaşlar:
Xalidə Hacı qızı Yusifova – direktor
Aslanova Aytəkin Hümbət – mütəxəssis
Tələbə şöbəsi
Şirinova Alimə Mahal -müdir
Qafarlı Nigar Aqil -böyük mütəxəssis
Səttarova Vüsalə Məhəmmədəli – böyük mütəxəssis
Naibova Rəna Mahmud – böyük mütəxəssis
Tələbə hərəkəti şöbəsi
Kərimova Xalidə Ələmşah -müdir
Həsənəliyeva Pakizə Nəcəfqulu – baş mütəxəssis
Qasımova Əsli Vahid – böyük mütəxəssis
Anazarova Qacarlı Nərmin Əhliman – böyük mütəxəssis
Bağırzadə Rəfiqə Ziya – böyük mütəxəssis
Babayeva Aysel Əlisgəndər – operator-kargüzar
Bir pəncərə şöbəsi
Qarayeva Nuriyyə Hüseyn – baş mütəxəssis
Diniyeva Könül İlqar -böyük mütəxəssis
Zeynallı Nərmin Kənan – mütəxəssis