Direktor: Xalidə Hacı qızı Yusifova 

Əlaqə tel: +(994) 12 492-68-32; 492-52-45

 

12909 1

Tələbə işləri mərkəzi haqqında

UNEC-in Elmi Şurasının 31 may 2020-ci il tarixli onlayn iclasının EŞ 172 №-li qərarının icrasını təmin etmək məqsədilə Tələbə şöbəsinin bazasında Tələbə işləri mərkəzi yaradılıb.

Tələbə  işləri mərkəzi universitetdə tələbə kontingentinin şəxsi işləri, müdafiə protokolları və diplomların təşkili ilə bağlı aşağıdakı funksiyaları həyata keçirir:

– tələbə  işləri mərkəzinə daxil olan sənədlərin  uçotu və saxlanılmasını həyata keçirmək;

– tələbələrin şəxsi işlərinin qəbulu;

– şəxsi işə aid sənədlərin tam qaydada olmasına nəzarət;

– tələbə əmrlərinin işlənməsi, hər bir əmrdən çıxarış yazılması və müvafiq olaraq tələbənin şəxsi işinə tikilməsi;

– məzunların diplomlarının Təhsil Nazirliyindən alınması;

*

– diplomların düzgün və vaxtında tərtib edilməsinə tam nəzarət;

– diplomların qeydiyyat kitabına salınması;

– məzunlara diplomların verilməsinin təşkili;

– bakalavr buraxılış işinin və magistr dissertasiyasının müdafiəsi protokollarının vaxtında kafedralara paylanılması;

– protokolların düzgün tərtib edilməsinə nəzarət etmək;

– protokolların Tələbə  işləri mərkəzinə vaxtında təhvil verilməsinə nəzarət etmək;

– Tələbə  işləri mərkəzinə daxil olan məktublara, sorğulara vaxtında cavab hazırlanması.