UNEC Tələbə Elmi Cəmiyyəti (TEC) “II UNEC Science Slam” müsabiqəsinə qatılmaq istəyən tələbələr üçün xüsusi təlimlər keçirir. Təlimlərdə “I UNEC Science Slam” müsabiqəsinin qalibləri Aysel Abbasbəyli və Nərmin Heydərova müsabiqəyə qatılmaq istəyən tələbələrlə öz təcrübələrini paylaşaraq, tədqiqatlarda əsasən diqqət yetirməli məqamlar barədə məlumat verirlər. Fakültələr üzrə ayrı-ayrılıqda keçirilən təlimlərdə tələbələri maraqlandıran suallar cavablandırılır, onların müraciət edəcəkləri mövzuların aktuallığı müzakirə edilir. Tələbələrə ölkədə ilk dəfə UNEC-də təşkil olunan, elmi fəaliyyətin populyarlaşmasına yönələn dünyaca məşhur “Science Slam” müsabiqəsinin şərtləri barədə ətraflı bilgi verilir.
Eyni zamanda TEC mövzuların təşkilləşdirilməsi məqsədilə bütün fakültələrdə ekspert komissiyası təşkil edib. Komissiya üzvləri müsabiqəyə qatılmaq istəyən tələbələrin sualalrını cavablandırır, mövzu seçimində məsləhət verirlər.
Qeyd edək ki, “II UNEC Science Slam” müsabiqəsinin ilk mərhələsi fakültələrdə keçiriləcək. Fakültə qalibləri mayın 4-də final mərhələsində yarışacaqlar.