UNEC dünyanın nüfuzlu universitetləri ilə bakalavr, magistratura pilləsi və MBA proqramı üzrə ikili diplom proqramları həyata keçirir.

İkili diplom proqramlarını təqdim edirik:

Bakalavr pilləsi üzrə
************univ_london   ****LSE2
*
Böyük Britaniyanın London Universiteti /London İqtisadiyyat Məktəbi ilə ikili diplom proqramıProqrama I kursu bitirən tələbələr müraciət edə bilər.
*
İxtisaslar
‒ “Mühasibat və maliyyə” (BSc in Accounting and Finance)
‒ “Biznes və menecment” (BSc in Business and Management)

Proqramın modeli
Tələbələr II kursdan UNEC-də London Universiteti/London İqtisadiyyat Məktəbinin tədris proqramı üzrə xüsusi qruplarda Böyük Britaniyaya getmədən UNEC-də təhsil alırlar. İmtahanlar British Concil-də verilir.

Qəbul şərtləri
‒ Minimum orta bal (ÜÖMG) – 80 bal
‒ İngilis dili – B1 (PTE Academic, TOEFL, IELTS arzuolunandır)

Tələb olunan sənədlər:
‒ Akademik transkriptin ingilis dilində notarial qaydada təsdiqlənmiş nümunəsi
‒ İngilis dili biliklərini təsdiq edən sertifikat
‒ Ərizə

Təhsil müddəti – 3 il
Tədris dili – İngilis

Təhsilini uğurla başa vuran tələbələr UNEC-in və London Universiteti/London İqtisadiyyat Məktəbinin bakalavr diplomunu əldə edəcəklər.

London İqtisadiyyat Məktəbi (LSE) haqqında
London İqtisadiyyat Məktəbi 1895-ci ildə yaranmışdır. London Universitetinə bağlı olaraq 18 fakültə və 30 tədqiqat mərkəzi vardır. Dünya universitetləri QS reytinq sıralandırılmasında ən yaxşı 38-ci universitet olaraq yer tutmaqdadır. LSE`nin 13 məzunu Nobel mükafatına layıq görülmüşdür.

https://london.ac.uk/

University_of_Montpellier_seal.svg*
Fransanın Montpellier Universiteti ilə ikili diplom proqramıProqrama I kursu bitirən tələbələr müraciət edə bilər.
*
İxtisas
‒ Beynəlxalq Biznes və Menecment

Proqramın modeli
Proqramda UNEC-in Dünya iqtisadiyyatı, Maliyyə, Mühasibat, İqtisadiyyat, Biznesin idarəolunması ixtisaslarını uğurla bitirən ikinci tələbələri iştirak edə bilər. Tələbələrə 2 variant üzrə təhsillərini davam etdirmək imkanı verilir.

I variant
UNEC-in II kursunu bitirən tələbələr III kursda təhsillərini Montpellier Universitetində davam edirlər. Kursun sonunda tələb olunan 60 kreditləri qazandıqdan sonra tələbələr UNEC-ə geri dönürlər və təhsillərini 4-cü kursdan davam edirlər.

II variant
UNEC-in II kursunu bitirən tələbələr III kurs təhsilini də UNEC-də davam etdirir. Bu zaman tələbələr bəzi fənlər üzrə Montpellier Universitetindən dəvət olunan professorların dərslərində iştirak etməklə həm UNEC, həm də Montpellier Universitetinin tələb olunan kreditlərini qazanırlar.

Qəbul şərtləri:
‒ I və II kurslardan 120 kredit (60+60) toplamaq
‒ Minimum orta bal (ÜÖMG) – 81 bal
‒ İngilis dili biliyi – B1Tələb olunan sənədlər:
‒ Akademik transkript
‒ Ərizə

Tədris dili – İngilis
Xaricdə təhsil müddəti – 1 il

Montpellier Universiteti haqqında
Əsası XII əsrdən qoyulan Montpellier 1 və Montpellier 2 Universitetlərinin birləşməsi olan Montpellier Universiteti elm, texnika və tibb, hüquq və iqtisadiyyat üzrə beynəlxalq səviyyədə təhsil xidmətləri təqdim etməkdədir. Bu mənada Universitet Şanxay Akademik Reytinqi və QS reytinqində yer tutmaqdadır. Həcminə görə Montpellier Universiteti Fransada 6-cı yerdədir. Burada 41000 tələbə (16% əcnəbi tələbələr olmaqla) o cümlədən 1700 doktorant təhsil alır və 4500 elmi tədqiqatçı müxtəlif sahələr üzrə çalışır.
https://www.umontpellier.fr/

Magistratura pilləsi üzrə

1200px-Mykolas_Romeris_University_logo.svg

Litvanın Mikolas Romeris Universiteti (MRU) ilə ikili diplom proqramı 

Proqrama I kursu bitirən magistrlar müraciət edə bilər.

Proqramın modeli

I semestr – UNEC-də, dərslər – 45 kredit
II semestr – MRU-də, dərslər – 45 kredit
III semestr – UNEC – təcrübə və tədqiqat
IV semestr – UNEC/MRU – tədqiqat və diplom müdafiəsi 

Qəbul şərtləri

‒ “Maliyyə bazarları”, “Maliyyə menecmenti” və “Maliyyə nəzarəti və audit” ixtisası üzrə təhsil alan birinci kurs tələbəsi olmaq
‒ Minimum orta bal (ÜÖMG) – 70-dən yuxarı
‒ İngilis dili biliyi – B2

Tələb olunan sənədlər

‒ Bakalavr diplomu və diploma əlavə
‒ Magistr təhsili haqqında arayış 

Xaricdə təhsil müddət – 1 il
Tədris dili – İngilis 

Mikolas Romeris Universiteti (MRU) haqqında
Mikolas Romeris Universiteti (MRU) Litvanın Vilnus və Kaunas şəhərlərində yerləşən beynəlxalq universitetdir. Müasir, yaradıcı və sahibkarlıq akademik cəmiyyəti MRU-nun Litvada ictimai elmlər və fakültələrarası tədqiqat sahəsində aparıcı universitet səviyyəsinə yüksəldib. Universitet QS beynəlxalq reytinqində yer tutub.

Hazırda Mikolas Romeris-də 7500 tələbə, 600 beynəlxalq tələbə, o cümlədən 400- akademik heyət mövcuddur.

https://www.mruni.eu

uludag11

Uludağ universiteti ilə ikili diplom proqramı

Qeyd: Proqramın başlanmasına hazırlıq yekunlaşma mərhələsindədir.

https://www.uludag.edu.tr/ 

*

*

*

*

*

*

*

*

*

*

*

*

*

*

*

*

*

*

*

*

MBA proqramı üzrə
*
Isvec_and and International Studies (UBI*
İsveçrənin UBİS (University of Business and International Studies) Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (BBTU) ilə ikili diplom proqramı
Proqramın modeli
UNEC-BBTU ikili magistr dərəcə proqramı cəmi 15 fənn (48 ABŞ kreditinə ekvivalent), o cümlədən UBİS-də 10 fənn, BBTU tərəfindən 5 fənn (15 ABŞ kreditinə ekvivalent) və 1 tədqiqat işindən (3 ABŞ kreditinə ekvivalent) ibarətdir. BBTU tərəfindən keçiriləcək beş fənnin dördü Bakıda (hər fənn 1-2 həftəlik formatda), biri isə Cenevrədə (1 həftəlik intensiv formatda) təşkil edilir.İxtisaslar
‒ Biznesin idarə edilməsi üzrə magistr
(BBTU MBA);
‒ Beynəlxalq əlaqələr üzrə magistr (MAIR);
‒ Bank işi və maliyyə üzrə magistr (MSBF).UBİS haqqında
İsveçrənin Cenevrə şəhərində yerləşən Biznes və Biznes və Beynəlxalq Araşdırmalar Universiteti (UBIS) İsveçrənin Boutique Universitetidir. UBİS ABŞ-da yerləşən butik universitetlər konsorsiumu olan Linden Təhsil Qrupunun bir hissəsidir.
UBİS-də dünyanın 40 ölkəsinin tələbələri təhsil alır. Dərslər ingilis dilində tədris olunur. UBİS tələblərə Cenevrə ilə yanaşı, 20 ortaq kampusda təhsil almaq seçimi verir.https://www.ubis-geneva.ch/
 ls*
ABŞ-ın Linkoln Universiteti ilə ikili diplom proqramı
Proqram hazırlanma mərhələsindədir.
Proqramın modeli
UNEC-lə ABŞ-ın Linkoln Universiteti arasında ikili diplom proqramına dair müqavilə imzalanıb. Müqaviləyə əsasən, UNEC tələbələri öz seçimlərinə uyğun olaraq, 1 və ya 2 il ABŞ-da oxumaqla, yaxud ABŞ-dan gələn professorların tədris etdiyi 9-12 fənni Bakıda UNEC-də dinləyib uğurla imtahan verdikdən sonra UNEC diplomu ilə yanaşı, həm də ABŞ Linkoln Universitetinin diplomunu əldə edə biləcəklər. Müqavilənin üstünlüyü həm də ondadır ki, ikili diplom proqramından həm bakalavr, həm də magistrlar yararlana biləcək.İxtisaslar
‒ Umumi MBA
‒ Beynəlxalq BiznesLinkoln Universiteti haqqında
Linkoln Universiteti 1919-cu ildə yaradılıb. “San Francisco Business Times” reytinqinə əsasən, University of Californiya, Berkeley/Haas School of Business və Stanford Graduate School of Business-dən sonra “MBA Proqrams in the Greater Bay Area” da ən yaxşı MBA təhsili verən universitetdir.
*
http://www.lincolnuca.edu/
 

*

 

8941 5
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno