Rektor tələbələrin suallarını cavablandıracaq – canlı yayımda

20 MAY 2017 | VIEWS:

Bu gün saat 17:00-dan UNEC-in rektoru, professor Ədalət Muradov Radio UNEC-in qonağı olacaq.

İki saat davam edəcək canlı yayımda UNEC rektoru tələbə və valideynlərin, eləcə də ictimaiyyət nümayəndələrinin yay imtahan sessiyası ilə bağlı suallarını cavablandıracaq.

Canlı efirə suallarınızı (+994) 505 57 82 nömrəsinə zəng edərək, eyni zamanda [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

Radio UNEC-i rəsmi Facebook səhifəsindən izləmək və ya   http://unecradio.radiostream321.com/  ünvanından dinləmək olar.