İndoneziya hökuməti 1 il müddətində İndoneziya universitetlərində İndoneziya dili, incəsənəti və mədəniyyətini öyrənməyə maraq göstərən tələbələrə 2018-2019 tədris ili üçün “Darmasisva” İndoneziya təqaüd proqramını təklif edir. Bu tədris ilində ümumilikdə 650 nəfər tələbəlik kvotadan 3 yer Azərbaycan Respublikasına ayrılıb.
Darmasisva proqramında iştirak etmək istəyən tələbələr aşağıdakı göstəricilərə sahib olmalıdırlar:
*
Təqaüd proqramında iştirak üçün aşağıdakı sənədlər tələb olunur:
Təqaüd proqramında iştirak etmək üçün Darmasisva proqramının rəsmi saytında qeydiyyatdan keçərək bütün sənədləri təqdim etmək tələb olunur: apply.darmasiswa.kemdikbud.go.id.
2018-2019 Darmasisva proqramı üçün vaxt cədvəli aşağıdakı kimidir:
N | Fəaliyyət | Vaxt |
1 | Onlayn qeydiyyat | 18 Dekabr 2017-18 Yanvar 2018 |
2 | İndoneziya Respublikasının Bakıdakı səfirliyində müsahibə | 18 Fevral-3 Mart 2018 |
3 | Akademik seçimin ilkin mərhələsi | 12 Mart-19 Mart 2018 |
4 | Akademik seçimin ikinci mərhələsi | 20 Mart-24 Mart 2018 |
5 | Nəticələrin elan edilməsi | 16 aprel 2018 |
6 | İştirakçının təsdiqi | 16 Aprel-16 May 2018 |
7 | Uçuş Cədvəlinin verilməsi | 16 Aprel-1 Avqust 2018 |
8 | Bakıda İndoneziya dilinin tədrisi | İyul-Avqust 2018 |
9 | İstiqamətləndirmə | Avqustun sonu 2018 |
10 | Proqramın başlaması | Avqustun sonu-Sentyabrın əvvəli 2018 |