İnklüziv ali təhsildə beynəlxalq trendlər

13 FEVRAL 2018 | VIEWS:
2645

UNEC-də “İnklüziv ali təhsil: beynəlxalq trendlər və UNEC təcrübəsi” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində təlimlər davam edir.

İnklüziv ali təhsilin bütün istiqamətləri üzrə təşkil olunan təlimlər xarici və yerli mütəxəssislər tərəfindən aparılır. UAE Zayed Sosial Müdafiə Milli təşkilatının tədris sektorunun baş təlimçiləri Şaron Keqan və Tina Merk inklüziv təhsil və əlilliyi olan tələbələrin məşğulluğu ilə bağlı təlim keçib. Digər təlimlər isə əlilliyi olan şəxslərə cəmiyyətin münasibəti, inklüziv kitabxana, müəllim və tələbələrin kitabxanadan səmərəli istifadə qaydaları mövzularında olub.

UNEC-in akademik heyətinin iştirak etdiyi təlimlərdə inklüziv ali təhsildə beynəlxalq trendlər və çağırışlar müzakirə olunub.

Konfrans işini sabah da davam etdirəcək.

2646 1