İnnovativ Biznes İnkubator – UNEC modeli

13 APREL 2017 | VIEWS:

2014-cü ildə respublikada ilk dəfə UNEC-də olaraq İnnovativ Biznes İnkubator (İBİ)  təsis edilib. 2014-cü il oktyabrın 27-də İnnovativ Biznes-İnkubatorun rəsmi açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov və Azərbaycan Respublikası gənclər və idman naziri Azad Rəhimov iştirak ediblər.

İBİ-nin əsas missiyası “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət proqramına əsasən və “Azərbaycan  Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində gənc menecer və sahibkarların yetişdirilməsi, tələbə startaplara tədris-metodiki, maddi-texniki, psixoloji və maliyyə dəstəyi göstərməkdir. Bunun üçün startaplara sürətli internet, müasir kitabxana və İKT ilə təchiz olunan təlim otağı ayrılıb.

İBİ-nin əsas fəaliyyət istiqamətləri Startaplara Dəstək Proqramı, Biznes Klinik və Təlim Mərkəzidir.

İBİ-nin birinci və əsas fəaliyyət istiqaməti olan Startaplara Dəstək Proqramı çərçivəsində startaplara dörd istiqamətdə: tədris-metodiki, maddi-texniki, psixoloji və maliyyə dəstəyi göstərərilir. İBİ-nin yarandığı dövrdən bu günə kimi on iki startap şirkəti yaradılıb. Onlar “Özünü sına!”, “Miml”, “Misgər.az”, “Tag Wishes”, “Perfect Pictures”, “Uniweb”, “Lingvo Mondo”, “Professional Acounting Center”, “Kenquru.az”, “Whatto”, “SoSmart” və “Eco Travel by UNEC” startaplarıdır.

Azərbaycanda işgüzar səfərdə olan Avropa Biznes-İnkubatorları üzrə ekspert Devid Konvey UNEC-in də qonağı olarkən İBİ ilə də yaxından tanış olub. O, qeyd edib ki, UNEC-də fəaliyyət göstərən İBİ-nin startaplara dəstək proqramının modeli Avropada fəaliyyət göstərən biznes-inkubatorlarla müqayisədə tələbə startapları üçün daha səmərəli modeldir. Belə ki, Avropada tələbələr öz startaplarını qurarkən güzəştli şərtlərlə olsa da bank kreditləşməsi vasitəsi ilə inkubatorda fəaliyyət göstərir və öz bizneslərini qururlar. Lakin İBİ-də tələbə akselerasiya programında inkubatorun göstərdiyi xidmətlərindən tam ödənişsiz əsaslarla istifadə edir. Yalnız gəlir əldə etdiyi zaman inkubator startapın gəlirindən müəyyən bir hissəyə pay sahibi olur. Bu da heç bir vəsaiti olmayan, yalnız bir ideyası olan tələbə üçün öz biznesini qurmağa münbit şərait yaradır.

ARGİN maddi dəstəyi ilə İBİ-də startapların maariflənməsi üçün “Startapları Uğura aparan yol”, “Gənc biznesmenin bələdçisi”, “Menecmentin interaktiv tədrisində keys texnologoyaları”, “İşgüzar yazışmalar” adlı kitablar nəşr olunub. Hazırda bir çox startaplar bu kitablardan bəhrələnir və öz bizneslərini daha savadlı şəkildə qurmağa nail olurlar.

İBİ-də fəaliyyət göstərən SoSmart, Whatto, Tag Wishes, Misger.az startap layihələri İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tərəfindən təşkil olunan qrant müsabiqəsinin qalibi olub.

Tag Wishes layihəsin müəllifi olan UNEC tələbəsi Fəqan Çələbizadə “Netti” Azərbaycan Milli İnternet Müsabiqəsində 2-ci yer və “Golden Byte-2017” beynəlxalq IT çempionatında 2-ci yer mükafatçısı olub.

İBİ Biznes Klinik istiqamətində bir neçə korporativ sektorla layihələr həyata keçirib. Bu, Caspian Lux Oil MMC, Go and Study MMC,  İ&C Travel MMC, Real Center şirkəti və SİREN MMC ilə bağlanan əməkdaşlıq müqaviləsi kimi layihələrdir. Hal-hazırda “Khazar ventures” MMC ilə birgə əməkdaşlıq istiqamətində işlər aparır. Əməkdaşlığın əsas predmeti İBİ-də fəaliyyət göstərən startaplar və UNEC tələbələrinin innovativ, ideyalarının Khazar ventures tərəfindən maliyyələşdirlməsi və dünya bazarına çıxarılmasıdır. Belə ki, bu ilin may ayında “Made in Azerbaijan-2” biznes ideya yarışmasında Khazar Ventures İBİ-nin tərəfdaşı qismində iştirak etməyi nəzərdə tutulub. Artıq 2-ci ildir ki, ARTN, ARGİN, Kapital Bankın təşkilati dəstəyi ilə UNEC-də “Made in Azerbaijan” biznes ideya müsabiqəsi təşkil edilir. Bu çür biznes ideya yarışmaları tələbələrin biznesə inamını artırır və gələcəkdə öz bizneslərini qurmağa stimul yaradır. Biznes ideya müsabiqələrində finala çıxan layihələrin bir neçəsi artıq İBİ-nin startaplarına çevrilib. Onlardan Misgər.az ilə Tag Wishes startaplarını misal göstərmək olar.

İBİ-nin fəaliyyət istiqamətlərindən biri də Təlim Mərkəzidir. Təlim Mərkəzinin fəaliyyəti əsasən menecment, mühasibat, marketinq, ünsiyyət bacarıqları, satış texnikası və s. mövzularda təlim və ustad dərslərinin təşkilindən ibarətdir. Böyük marağa səbəb olan Azərbaycanın ən böyük və ilk dəfə orkestr müşayiəti ilə Ahmet Murtazaoğlunun “Brand Architecture People” adlı  ustad dərsi məhs İBİ təlim mərkəzinin təşkilatçılğı ilə baş tutub. Bundan əlavə, 2015-ci ildə təlim festivalı layihəsi çərçivəsində hər həftə müxtəlif mövzulara aid 30-dan çox biznes təlimlər təşkil edilib ki, burada 2000-dən artıq UNEC və digər universitet tələbələri, o cümlədən korporativ sektor nümayəndələri təlim keçiblər. Festivalın yekununda Qusar rayonunda yay məktəbi təşkil edilib.

İBİ Təlim Mərkəzində mütəmadi olaraq korporativ sektordan peşəkar ekspertlər tərəfindən ustad dərsləri və dəyirmi masalar təşkil olunur.

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Vbet - Fixbet - Starzbet - eta saat - Hipercasino - Twitch viewer bot - sweet bonanza oyna - vozol - Betosfer - instagram video downloader - aviator oyna