UNEC İnnovativ Gənclər Təşkilatı UNEC Elmi Şurasının 10.09.2024-cü il tarixli qərarı ilə yaradılmış və fəaliyyətə başlamışdır.
UNEC İnnovativ Gənclər Təşkilatının yaradılmasında əsas məqsəd, tələbələrin yaradıcılıq və innovasiya bacarıqlarını inkişaf etdirmək, onların intellektual və şəxsi inkişaflarına dəstək olmaqdır. Təşkilat, tələbələrə öz ideyalarını reallaşdırmaq, startup layihələrində iştirak etmək, müxtəlif texnologiya, dizayn və sahibkarlıq sahələrində özlərini ifadə etmək üçün imkanlar yaradır.
Eyni zamanda, təşkilatın əsas məqsədlərindən biri tələbələr arasında innovativ düşüncə tərzini yaymaq, onları təhsil, elm və texnologiya sahələrində yeni nailiyyətlərə sövq etmək və gəncləri gələcəyin liderləri kimi yetişdirməkdir.