“Yaşıl UNEC” ili çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan Tədbirlər Planının müzakirəsi məqsədilə UNEC rektoru professor Ədalət Muradov müvafiq strukturların, eləcə də tələbə təşkilatlarının rəhbərləri ilə görüşüb. Müzakirələr aparıldıqdan və yeni təkliflər səsləndirildikdən sonra 6 məqsəd üzrə 30-a yaxın müxtəlif tədbir və layihəni əhatə edən Tədbirlər Planı təsdiqlənib. Həmçinin “Yaşıl UNEC loqosu” da “Yaşıl UNEC İli”nin rəmzi kimi qəbul edilib.
*
https://news.unec.edu.az/xeber/125-universitet/11104-bold-red-i-gtisad-universitetinde-yashil-unec-ili-elan-olunub-bold-red