“İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyi qeydiyyatdan keçib

11 FEVRAL 2016 | VIEWS:
2224

logo_genc7153Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyi Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Birliyin yaradılmasında məqsəd gənclərin iqtisadiyyatın müxtəlif sahələrində elmi tədqiqat bacarıqlarının artırılması və ictimaiyyət arasında təbliğidir.

Birliyə üzv olan gənclər iqtisadiyyatın müxtəlif sahələri üzrə araşdırmalar aparacaq, yerli və xarici şirkətlərin təcrübə proqramlarından yararlanacaqlar. Həmçinin ölkədə və xarici dövlətlərdə fəaliyyət göstərən müxtəlif qeyri-hökumət təşkilatları, regional və beynəlxalq qurumlarla birgə layihələr həyata keçirə biləcəklər. Gənclərin iqtisadi biliklərinin artırılması məqsədi ilə elmi konfranslar, dəyirmi masalar, seminarlar keçiriləcək.

İctimai Birliyin yeni yaradılan itefy-ib.org rəsmi saytının köməyi quruma elektron qaydada üzv olmaq, layihələrin qəbulu, məqalələrin yazılması qaydalarını iştirakçılara izah etmək mümkün olacaq.

2225 1