“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nə müvafiq olaraq inkişaf planlarının işlənilməsi məqsədi ilə yaradılmış İşçi qrupunun fəaliyyəti çərçivəsində dünyanın məşhur iqtisadçı ekspertləri Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub. Qonaqların UNEC ekspertləri ilə keçirdiyi seminarda Azərbaycan iqtisadiyyatının aktual məsələləri müzakirə edilib və təkliflər dinlənilib.
Ölkədə ixrac potensialının inkişaf etdirilməsi yolları görüşün ilk müzakirə mövzusu olub. Ekspertlər xidmət sahəsində mümkün potensialın dəyərləndirilməsi və inkişafı üzrə “yol xəritəsi”nin hazırlanmasının labüdlüyünü xüsusi qeyd ediblər. Tədbirdə tikinti sektorunda ixrac məsələləri gündəmə gətirilib. Xarici ekspertlər səbəb kimi Azərbaycanda tikinti sahəsində çalışan mütəxəsisslərin yüksək rəqabətqabiliyyətli kadr olmasını əsas gətiriblər.
Müzakirələr zamanı kiçik və orta sahibkarlığın inkişafına diqqət yetirilib, bu sahənini rəhbərləri üçün pekəkar təlimlərin təşkilinin önəmliyi qeyd edilib. Hazır məhsulların ixraca yönəldilməsinin Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyətindən də danışılıb.
Vergi Məcəlləsi və vergi yükü tədbirin əsas müzakirə mövzusu olub. Ekspertlər Azərbaycanın bank sektoru barədə də dəyərləndirmələr aparıblar, öz fikirlərini bildiriblər. Bankların iqtisadiyyatdakı rolu və bu sektorun sağlamlaşdırılmasında əhəmiyyəti haqqında mülahizələr dinlənilib. Sonda ölkə banklarının səmərəli iqtisadi qərarların verilməsindəki rolu müzakirə edilib.