İqtisadiyyat və idarəetmə fakültəsinin tarixi

UNEC-in Elmi Şurasının 29.02.2016-cı il tarixli qərarının icrasını təmin etmək məqsədilə Beynəlxalq iqtisadi münasibətlər, İqtisadiyyat və sənaye fakültələrinin bazasında 13.07.2016-cı il tarixli əmrinə əsasən İqtisadiyyat fakültəsi yaradılmışdır. 

UNEC-in Elmi Şurasının 31 may 2022-ci il tarixli iclasının qərarını təmin etmək məqsdilə İqtisadiyyat fakültəsinin adı 28.06.2022-ci il tarixdən dəyişdirilərək İqtisadiyyat və idarəetmə adlandırılmışdır. 

Beynəlxalq iqtisadi münasibətlər fakültəsi 1992-ci ildən fəaliyyətə başlamışdır. Belə bir fakültənin yaradılması və fəaliyyəti əsasən Sovetlər birliyinin süqutu, digər tərəfdən totalitar rejimin dağıdılması və azad bazar münasibətlərinin formalaşdırılması, bazar iqtisadiyyatına keçidin başlanması ilə əlaqədar olmuşdur. Azərbaycanın beynəlxalq aləmə açılması və tanınması beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə kadrlar hazırlığını, bu isə öz növbəsində yeni bir fakültənin yaradılmasını zəruri etmişdir. Yarandığı ilk dövrdə Kommersiya və Beynəlxalq İqtisadi Münasibətlər adlandırılmışdır. Bu ixtisas üzrə ilk tələbə qəbulu 1991-ci ildən Kommersiya fakültəsinin tərkibində aparılmışdır.

Fakültəyə 1992-1995-ci illərdə i.e.d., prof. A.H.Səmədov, 1995-2000-ci illərdə i.e.n., dos. H.A.İsrafilov, 2000-2004-cü illərdə prof. Ə.İ.Bayramov, 2004-2014-cü illərdə i.e.n., dosent M.Q.Məmmədov, 2014-2016-cı illərdə dos. M.İ.Bərxudarov  rəhbərlik etmişlər.

2005-ci ildən başlayaraq fakültədə Beynəlxalq münasibətlər ixtisası üzrə kadr hazırlığına başlanılmış və fakültənin tərkibində “Beynəlxalq münasibətlər” kafedrası yaradılmışdır.

2009-cu ildən başlayaraq respublikada ilk dəfə olaraq fakültədə Dünya iqtisadiyyatı istiqaməti  üzrə kadr hazırlığına başlanılmışdır. Bu istiqamət üzrə Beynəlxalq iqtisadi münasibətlər, Regionlar üzrə beynəlxalq iqtisadi münasibətlər (Avropa İttifaqı, MDB, Şimali Amerika, Cənubi-Şərqi Asiya ölkələri), Beynəlxalq ticarət, Gömrük işinin təşkili və idarə edilməsi, Beynəlxalq valyuta-kredit münasibətləri sahəsində yüksək ixtisaslı bakalavr hazırlığı həyata keçirilir.

*

İqtisadiyyat və Sənaye fakültəsi 30-cu illərdə təşkil olunmuş və müxtəlif adlarla (Plan-iqtisad, Xalq təsərrüfatının planlaşdırılması və s.) fəaliyyətini davam etdirmişdir. Fakültə 1980-ci ildə “Sənayenin iqtisadiyyatı” fakültəsi ilə birləşdirilərək “Plan iqtisad”, 1990-cı ildən isə bazar iqtisadiyyatına keçid dövrünün tələblərinə uyğun olaraq fakültə “İqtisadiyyatın tənzimlənməsi” adlandırılmışdır.

2009-cu ildən Universitetdə ixtisasları yaxın olan iki fakültənin – “İqtisadiyyatın tənzimlənməsi” və “İstehsal və xidmət sahələrinin iqtisadiyyatı” – birləşdirilməsi nəticəsində “Ümumi iqtisadiyyat” adı ilə yeni fakültə yarandı. 2014-cü ildə fakültə – İqtisadiyyat və sənaye adlanıb. İqtisadiyyat və Sənaye fakül­təsinə 1966-cı ildən dosent Əfrasiyab Mürsəlov, sonrakı illərdə professor Ələs­gər Qasımov (1970-1975), prof. Əsəd Dilbazov (1975-1980), dosent Firəddin Quliyev (1980-1982), prof. Ərəstun Axundov (1982-1987), dos. Kamil Qa­fa­rov (1987-1993), prof. Ra­sim Məmmədov (1993-1998),  dos. Kamil Qafarov (1998-2014), dos. Asiman Quliyev (2014-2021) rəhbərlik etmişlər.

Hazırda fakültə İqtisadiyyat və İdarəetmə adlanır. İqtisadiyyat fakültəsinin və onun tərkibində olan kafedraların xarici ölkələrin universitetləri ilə sıx elmi əməkdaşlığı mövcuddur. Fakültənin professor-müəllim heyəti mütəmadi olaraq xarici ölkələrdə və respub­likada keçirilən müxtəlif səviyyəli elmi forumlarda elmi məruzələrlə çıxış edirlər. Qarşılıqlı əməkdaşlıq müqavilələrinə uyğun olaraq fakültənin professor-müəllim heyəti və tələbələri xarici ölkələrin universitetlərində olur, təcrübə mübadiləsi aparır, elmi konfranslarda çıxış edir, elmi əsərlərini nəşr etdirir, yay məktəblərində iştirak edir, təhsillərini davam etdirir və müxtəlif xarakterli görüşlər keçirirlər.

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Türk sohbet - Omegle - Twitch view bot - Betnano - buy gopro - tipobet - matadorbet - casino