Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) koordinatoru olduğu “Beynəlxalq əlaqələr sahəsində universitet idarəçiliyinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi” adlı TEMPUS (UNIVIA) layihəsinin təbdirlər planı çərçivəsində monitorinq görüşü keçirilib. UNEC-in Beynəlxalq əlaqələr departamentində keçirilən görüşdə iştirak edən İspaniyanın Malaqa Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Xuan Camçeka layihə çərçivəsində həyata keçirilən tədbirlərdən söz açıb. Son iki ildə UNEC-də təhsilin keyfiyyətinin artırılması sahəsində, beynəlxalq əlaqələr istqamətində dinamik, uğurlu inkişafını müsbət qiymətləndirib. UNEC-in QS-in İnkişaf Etməkdə olan Avropa və Mərkəzi Asiya regionunda təhsil müəssisələri arasında nüfüzlü yerə yüksəlməsini görülən uğurlu işlərin nəticəsi kimi dəyərləndirib.
Qeyd: Layihənin digər Azərbaycan tərəfdaşları olan Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti və Gəncə Dövlət Universitetlərində də monitorinq görüşləri keçiriləcək.