Türkiyəli professor: ““UNEC ekspert” jurnalında məqalələrlə çıxış etməklə maraqlıyıq”

07 FEVRAL 2018 | VIEWS:

UNEC ilə Türkiyənin İstanbul Sabahattin Zaim Universiteti (İZU) arasında telekörpü keçirilib.

Tərəflər təhsil sistemindəki müasir tendensiyaları müzakirə edib, yeni təhsil standartları barədə fikir mübadiləsi aparıblar. İZU-nun prorektoru, professor Arif Ersoy UNEC-in bu universitetə ezam edilən gənc müəllimləri ilə tanışlıqdan məmnunluğunu ifadə edərək, təcrübə mübadiləsinin hər iki ölkənin ali təhsil müəssisəsi üçün faydalı olacağını bildirib. O, UNEC-in gənc müəllimlərinin elmi potensialını yüksək qiymətləndirib.

Telekörpüdə aprel ayında UNEC, Türk Dünyası Araşdırmalar Vəqfi, Sabahattin Zaim Universiteti və Bandırma On Yedi Eylül Universitetinin təşkilatçılığı ilə keçiriləcək XIV Beynəlxalq Bilik, İqtisadiyyat və Menecment Konfransından bəhs edilib. Gənc Müəllimlər Şurasının üzvlərinin ictimai elmlər sahəsində dünyanın nüfuzlu ənənəvi elmi platformasında iştirakının əhəmiyyəti vurğulanıb.

Görüşdə həmçinin İZU-nun Paris Sorbon Universiteti ilə reallaşdırdığı “E-pulun hüquqi çərçivəsinə dair Fransa nümunəsi” mövzusunda video konfrans və “UNEC ekspert” jurnalının kriptovalyutaya həsr olunan sonuncu buraxılışı müzakirə edilib. UNEC Gənc Müəllimlər Şurasının sədri Səbuhi Tanrıverdiyev jurnalda 27 ekspertin kriptovalyuta bazarının xüsusiyyətləri, mexanizmi, iqtisadi və hüquqi aspektlərini geniş təhlil etdiyini vurğulayıb. Professor A.Ersoy jurnalın növbəti sayında UNEC ekspertləri ilə birgə məqalələrlə çıxış etməkdə maraqlı olduqlarını bildirib.

Telekörpü UNEC-in Gənc Müəllimlər Şurasının İZU-yə ezam edilən müəllimlərinin təşəbbüsü ilə reallaşıb.

eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno - yabancı dizi izle - instagram report tool - Mersin evden eve nakliyat - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

niwo opleiding

-

loodgieter den haag

- buy starlink - toscanello satın al - twitch viewer bots - Postegro