“İstehlak mallarının ekspertizası və marketinqi” ixtisası haqqında 

“İstehlak mallarının ekspertizası” kafedrasının yaranma tarixi “Ekspertiza və Standartlaşdırma” fakültəsinin yaranma tarixindən xeyli qədimdir.

Kafedrada mövcud olduğu dövrdə istehsal, ticarət və xidmət sahələri üzrə çalışan yüksək ixtisaslı əmtəəşünas-ekspert mütəxəssisləri hazırlanır. Respublikada elmi pedaqoji potensialına və tədris metodik təminatına görə  istehlakçıların daim artan tələbinin yüksək keyfiyyətli ərzaq və qeyri-ərzaq malları ilə lazımi səviyyədə ödənilməsinə xidmət göstərən, yüksək ixtisaslı əmtəəşünas-ekspert kadrlarının hazırlanmasında yeganə aparıcı kafedradır.

Kafedranın laboratoriyalarında mövcud olan eksponatlar bir daha göstərir ki, bu kafedra 1926-cı ildən fəaliyyətə başlamışdır. Beləliklə, qeyd etmək olar ki, kafedra uzun və şərəfli, hətta çətin bir yol keçmişdir. Hazırda kafedra əməkdaşları həmin yolu daha yüksək səviyyədə uğurla davam etdirir. Bu gün kafedranın respublika əhalisinin yüksək keyfiyyətli istehlak mallarına olan tələbatının ödənilməsi üçün malların çeşidi və keyfiyyətinin ekspertizası ilə bağlı olan problemləri həll etməyə qadir elmi-potensialı vardır. Kafedrada bakalavr təhsili üzrə 17 fənn və magistratura istiqaməti üzrə isə 21 fənn tədris olunur.

Kafedranın nəzdində yüksək ixtisaslı ekspert kadrları hazırlanması və elmi tədqiqat işlərinin yerinə yetrilməsi üçün  lazımi avadanlıq və cihazlarla təmin edilmiş, 6 ixtisaslaşdırılmış laboratoriyalar xidmət edir. Kafedra baloniya təhsil sisteminin tətbiqi üçün bütün fənlər üzrə tədris planları və mühazirə mətnlərinin elektron variantları, yəni mühazirə mətnləri, test sualları, məşğələ materialları və digər materiallar rus və azərbaycan dillərində hazırlanaraq tədris prosesində istifadə edilir.

 

 

*

*

*
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2009-cu il 8 saylı qərarı ilə təsdiq edilmiş yeni təsnifata uyğun olaraq kafedrada tədris planları yenidən işlənmişdir. Həmin tədris planında nəzərdə tutulan bütün fənnlərin proqram, metodik göstəriş, dərslik və dərs vəsaitləri hazırlanmışdır.

Müasir dövrün tələblərinə uyğun olaraq, yüksək ixtisaslı kadrların hazırlanması və kafedranın elmi potensialının daha da yüksəldilməsi məqsədi ilə istehsalatla sıx əlaqə saxlanılır. Müxtəlif, ticarət və istehsalat müəssisələrində kafedranın hazırda bir neçə filialı fəaliyyət göstərir.

Bununla yanaşı tələbələrin istehsalat təcrübəsinin keçmələri ilə Bakı şəhərində fəaliyyət göstərən 10-a yaxın istehsal müəssisləri ilə sıx əlaqə saxlanılır.