Ölkənin elm və təhsil sektorunun əsas müzakirə mərkəzi olan İTV-nin “Açıq Dərs” verilişində UNEC-də həyata keçirilən ən son yeniliklərdən danışılacaq. Canlı efirdə Azərbaycanın adını dünya səviyyəli elm müsabiqəsinin tarixinə yazmış “UNEC Science Slam” layihəsi geniş müzakirə ediləcək.
İSE Talks layihəsi, imtahanların təşkili, tələbə biliyinin qiymətləndirilməsindəki yeniliklər, tələbə-müəllim münasibətləri də verilişin əsas müzakirə mövzusu olacaq.
Açıq Dərs” verilişini İTV-nin saat 19:15-də efirində izləmək mümkündür.