1952-ci il iyun ayının 11-də Quba rayonunun İdirsi kəndində anadan olub.
1970-ci ildə orta məktəbi qurtarıb.
1970-1973-cü illərdə Baltik hərbi dəniz donanmasında hərbi xidmət borcunu yerinə yetirib.
1974-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Geoloji-Coğrafiya fakültəsinə daxil olaraq, 1979-cu ildə coğrafiya ixtisası üzrə bitirib. Həmin ildə təyinatla Azərbaycan Elmlər Akademiyasına (Milli Elmlər Akademiyası) işə göndərilib.
1982-1985-ci illərdə Coğrafiya İnstitutunda «Təbiəti Mühafizə» şöbəsinin əyani aspirantı olub.
*
1988-ci ildə Gürcüstan Dövlət kand təsərrüfatı institutunun elmi şurasında «Kicik Qafgazın Şimal-Şərq yamacı» torpaqlarında (Zəyəmcay-Kürəkcay arası), bitkilərində və sularında ağır metalların (Pb, Cd, Hq) miqdarı» mövzusunda dissertasiya işini müdafiya edərək, kənd təssərüfatı elmləri nəmizədi alimlik dərəcəsi alib.
2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin «İqtisadi coğrafiya» kafedrasına baş müəllim vəzifəsınə təyin olunub. Hazırda kafedranın dosentidir.
2009-ci ildə Ümumi İqtisadiyyat (indiki İqtisadiyyat və Sənaye) fakültəsində əyani şöbə üzrə;
2013-cü ildən isə qiyabi şöbə üzrə dekan müavini vəzifəsində calışıb.
20-dən cox elmi məqalənin, proqramların, dərs vəsaitinin, dərs kitablarının müəllifidir.
Evlidir, bir övladı var.