Kadrlar beynəlxalq əmək bazarının tələbinə uyğun hazırlanmalıdır

01 DEKABR 2017 | VIEWS:

“Azərbaycan müəllimi”

UNEC işəgötürənlərlə əməkdaşlığın genişləndirilməsi üçün yeni platforma təklif edir.

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) işəgötürənlərlə əməkdaşlığının genişləndirilməsinə xidmət edəcək bir sıra ciddi qərarlar qəbul edib. Belə ki, məzunlarını işəgötürənin tələbinə uyğunlaşdırmağı, tələbələri məzun olduqdan sonrakı ilk 3 il ərzində işəgötürənin arzusuna uyğun olaraq yenidən hazırlamağı, müsahibələr zamanı tələbələrinin ortaya çıxan qüsurlarını aradan qaldırmaqdan ötrü pulsuz kurslar təşkil etməyi, hətta həmin qüsurları tədris proqramında nəzərə almağı, bir sözlə, tələbələrinə “servis xidməti” rolunu öz üzərinə götürüb. Bu öhdəliyin əksini tapdığı “UNEC2B” platforması universitetdə keçirilən “Tələb işəgötürənlərdən – təklif UNEC-dən” mövzusunda konfransda ilk dəfə geniş ictimaiyyətə təqdim edilib. Danışan və dinləyənlərdən ibarət standart konfranslardan fərqli olaraq qarşılıqlı müzakirələr, çoxsaylı təkliflər mühitində keçirilən tədbirdə yeni platforma UNEC-in təqdim etdiyi yeganə yenilik olmayıb. UNEC-də virtual əmək birjası, “digital marketinq” şəbəkəsi də qurulub və təqdim edilib. O da məlum olub ki, tezliklə universitet distant təhsil proqramını da tətbiq edəcək və tələbələrə ixtisası olmayan fənlərdən dərslərə onlayn qoşulmaq imkanı yaradılacaq.

Bütün bu yeniliklərin təqdim edildiyi konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, millət vəkilləri Fazil Mustafa və Vüsal Hüseynov, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, işəgötürənlər, KİV nümayəndələri iştirak edib.

Bazardan tələb gəlmir

UNEC rektoru Ədalət Muradov əmək bazarının tələblərinə uyğun və rəqabətədavamlı kadr hazırlığında müşahidə olunan problemlərdən danışıb: “İnsan kapitalının inkişaf etdirilməsində ən vacib elementlərdən biri də praktik vərdişlərin olmasıdır. İşəgötürənlərin irəli sürdüyü əsas iddialardan biri odur ki, məzunlarda insan kapitalının formalaşmasının bu ən vacib elementi çatışmır.

Biz qəbul edirik ki, əmək bazarının tələbləri nəzərə alınmalıdır, amma bu məsələdə bəzi problemlər var. Əmək bazarında ali təhsil müəssisəsinin tələbəsinə qoyulan tələb həmin bazarın bu gününü əks etdirir. Kadr hazırlığı həyata keçib və tədris prosesində heç bir dəyişiklik edə bilmirik. Çünki məzun artıq bazara çıxıb. 4 bakalavr + 2 magistr ili müddətində işəgötürənlərdən onlara hansı meyarlara cavab verə biləcək mütəxəssislər lazım olduğu haqda açıq fikir görmürük. Üstəlik, sürətlə dəyişən əmək bazarının tələbinin 4, ya da 6 il sonra nə olacağını bilmirik”.

Aparılan təhlillərdən sonra əmək bazarından tələb gəlməməsinin səbəbləri də müəyyən olunub: “Əmək bazarı çox seqmentdən ibarətdir. Həmin seqmentlərdə ən müasir tələblərə cavab verən, yeni texnologiyalar tətbiq edən, ən müasir menecment sisteminə malik müəssisələr də var, müasir tələblərə cavab verməyənlər də. Problem ondan ibarətdir ki, əmək bazarının tələbini öyrənmək üçün apardığımız təhlillər zamanı rəqabətqabiliyyətli müəssisələrin özlərinə lazım olan kadrları hazırlamaq üçün təlim mərkəzləri olduğu müəyyənləşib. Onlar ali təhsil müəssisəsi qarşısında tələb irəli sürmür, lazım olan kadrı hər bir müəssisə özü hazırlayır. Müasir tələblərə cavab verməyən müəssisələrdə isə bizim tələbələrimiz çalışmaq istəmir. İqtisad Universiteti olaraq, geridə qalan müəssisələrin tələblərinə uyğun təhsil təşkil etmək geriyə addım atmaqdır”.

Kimin tələbinə uyğunlaşaq?

Növbəti problem isə kimin tələbinə uyğunlaşmaqdır: “Dünyada qəbul olunub ki, ali təhsil müəssisəsi ölkədə yeni biznes və idarəetmə formalarını yaradıb ictimaiyyətə təqdim edən qurumdur. Söhbət rəqəmsal iqtisadiyyatdan gedir. Bu gün olmayan rəqəmsal iqtisadiyyatın tələblərinə cavab verən kadr hazırlayarkən kimin tələbini əsas götürməliyik, yerli, yoxsa beynəlxalq bazarın? O iqtisadiyyat ki yoxdur, işəgötürənlərin həmin iqtisadiyyata uyğun tələbi yoxdur, həmin əmək bazarının tələblərini necə əsas götürə bilərik? Azərbaycan, yoxsa beynəlxalq əmək bazarının tələblərinə cavab verməliyik? Müasir əmək bazarını əsas götürmək o deməkdir ki, inkişaf etmiş ölkələrin əmək bazarına kadr hazırlayırıq. Yerli bazarın tələblərini nəzərə alıb kadr hazırlığı həyata keçirsək, bəri başdan həmin kadrların rəqabətədavamlı olmadığını qəbul edirik”.

Ə.Muradov ali təhsildə kadr hazırlığını mürəkkəbləşdirən bir amilə də diqqət çəkib. Onun sözlərinə görə, hər 7 ildən bir bugünkü ixtisasların 50 faizi əhəmiyyətini itirir. Bu gün tələbə olanlar bütün həyatı boyu 3-5 dəfə ixtisasını dəyişmək məcburiyyətində qalır.

İqtisadiyyat işçi qüvvəsini absorbsiya etməkdə çətinlik çəkir

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov əmək bazarındakı mövcud problemlərdən bəhs edib: “Azərbaycan əmək bazarında həddən artıq sıxlıq müşahidə olunur. Biz müəyyən tədqiqatlar apardıq. Bazarda baş verən dəyişikliklərin hansı yöndə gedəcəyini müəyyənləşdirmək üçün Avropa Birliyi, Dünya Bankı, Avropa Təhsil Fondu və digər təşkilatlarla birgə əmək bazarının qiymətləndirilməsi və monitorinqi üzrə milli observatoriyanın yaradılmasına start verdik. Burada müxtəlif istiqamətlərdə həm xüsusi məsləhətçilər şurasının, tədqiqatçılar, köməkçilər qrupunun yaradılması nəzərdə tutulub”.

Ə.Muradovun sualına cavab olaraq nazir bildirib ki, bu gün Azərbaycanda ölkə əhalisinin 71 faizi əmək qabiliyyəti yaşda olanlardır. İqtisadiyyat bu böyüklükdə işçi qüvvəsini absorbsiya etməkdə çətinlik çəkir: “Biz sürətlə qloballaşan dünyanı nəzərə alsaq, bugünkü universitetlərin hazırladığı kadr yerli bazar üçün nəzərdə tutulmamalıdır. Azərbaycanda əmək bazarına daxil olan işçi qüvvəsinin böyük hissəsi orta ixtisas, ali təhsil və peşə təhsilindən kənardadır. Bizdə olan məlumata görə, bu gün Azərbaycanda muzdlu rəsmi əmək müqaviləsi ilə işləyənlərin və həmin bazada qeydiyyatdan keçənlərin 60 faizinin ya orta ümumi təhsili, ya ümumi ibtidai təhsili, ya da natamam orta təhsili var. Təəssüflər olsun ki, bu, böyük rəqəmdir. 37,5 faizi ali təhsilin müxtəlif pillələrində təhsil alanlar, cəmi 2 faizi peşə təhsili olanlardır. Hər il Azərbaycanın əmək bazarına daxil olan 120 min gəncin 60 faizi heç bir ixtisası olmadan əmək bazarına düşür. Bu cür qara işçi qüvvəsinin bazara düşməsi onun rəqabət qabiliyyətinin olmaması deməkdir. Həmin işçi qüvvəsi sadəcə fiziki imkanlarından istifadə olunaraq qara işlərə cəlb edilir”.

İqtisadçı peşəsinə bütün dövrlərdə tələbat var

S.Müslümov bildirib ki, əmək bazarında tələb yaranan peşələrin standartları hazırlanana qədər həmin peşəyə tələbat azalır. Çünki əmək bazarında tələblər çox sürətlə dəyişir: “Zaman ölçüsünə daxil olmayan peşələr də var. Məsələn, iqtisadçı peşəsi bütün dövrlərdə tələbat hiss edilən, ən azı menecerlər səviyyəsində ilk beşliyə düşən ixtisaslar arasındadır”.

Nazirin sözlərinə görə, son 2-3 ildə İqtisad Universitetinin məzunları ilə bağlanan müqavilələrin ümumi həcmi 12 faiz təşkil edib. Bunu çox aşağı rəqəm hesab edən S.Müslümov bildirib ki, iqtisadçılara zamandan asılı olmayaraq dəyişməyən tələb var və ona cavab verən hər kəs iş tapa bilər.

Nazir UNEC tələbələrini gələn ildən başlayacaq proqrama daxil edəcəyini deyib: “ƏƏSMN gənclərin məşğulluğu məqsədilə böyük proqrama başlayacaq. Nəticədə il ərzində 1000 gəncin əməkhaqqının yarısını nazirlik ödəyəcək. Əvvəlcə Beynəlxalq Əmək Təşkilatı ilə reallaşdırılacaq proqram növbəti ildən genişləndirilərək 5 dəfə artırılacaq. Bu proqram çərçivəsində İqtisad Universiteti ilə müqavilə bağlanmalıdır”.

S.Müslümov qeyd edib ki, strateji yol xəritəsi var, dövlətin hansı sahələrin inkişaf etdirilməsini nəzərdə tutduğunu bilirik. Bundan sonra UNEC bu istiqamətdə fəaliyyət göstərməli, təcrübə mübadiləsini artırmalı, elə etməlidir ki, məzunlarının işə qəbulu 12 faiz deyil, 50 faizdən daha yuxarı olsun.

Tələbəyə qiyməti işəgötürən verəcək

Sonra “İşəgötürənlərin bugünkü tələbləri analoq iqtisadiyyata köklənibsə, işəgötürənlərin tələbi əsasında kadr hazırlığı həyata keçirmək nə qədər doğrudur?” sualı ətrafında müzakirələr başlayıb.

Ə.Muradov təhsil naziri Mikayıl Cabbarovun əmri ilə ali təhsil müəssisələrində təcrübə müddətinin 5 həftədən 14 həftəyə qaldırıldığını qeyd edərək, S.Müslümovla həmin müddət üçün tələbələrə əmək kitabçası açılmasının mümkünlüyünü müzakirə edib. Əmək və əhalinin sosial müdafiəsi naziri bu variantın artıq tətbiq edildiyini, ancaq bunun əmək müqaviləsi mövcud olarsa, mümkün olduğunu vurğulayıb. “Boş olan yerlər üçün tələbələrlə 3 və ya 6 aylıq müqavilə bağlana bilər”, – deyib.

UNEC-də belə bir qərar verilib ki, təcrübənin yekununda tələbəyə qiyməti işəgötürən versin. Ə.Muradov bu qərarı belə izah edib: “Tələbəmiz təcrübə dövründə özünü doğrultmayıbsa, onu üstümə təcrübədən keçməmiş kimi qaytarsınlar. Əsas odur ki, yüksək qiymət yazıb sonradan tələbələrimizin onların tələblərinə cavab vermədiyini deməsinlər”.

Təqdimat – “UNEC2B” 

Sonra Azərbaycanda və regionda ilk dəfə olaraq universitetlə işəgötürənlərin iş birliyinə təsir edə biləcək yeni “UNEC2B” platforması təqdim edilib.

Platformaya əsasən, UNEC işəgötürənlərin tələbi ilə 3 il müddətinə məzunlarına servis xidmətini öz üzərinə götürür. İşəgötürən tələb edərsə, 3 il müddətində məzunlarının ixtisasının artırılması üçün kurs təşkil edir. Müsahibələrdə ortaya çıxan qüsurlarla bağlı UNEC-ə müraciət edildiyi təqdirdə universitet öz vəsaiti hesabına tələbələrin bu zəifliyini aradan qaldırmaq üçün kurslar yaradır. İşəgötürənlərə komanda şəklində işə hazır mütəxəssislər təklif edir.

Platformaya uyğun olaraq, UNEC-də məzunlarının işə uyğunluğunu, işin məzunlarına uyğunluğunu qiymətləndirməyə imkan verən neyrolinqvistik laboratoriya yaradılıb. Bundan başqa, UNEC-də sahibkarlarımızın istehsal etdiyi mal və xidmətlərin ixracına yardım məqsədilə Digital Marketinq Mərkəzi fəaliyyət göstərəcək. Bu xidmətlər işəgötürənlərin tələbi əsasında həyata keçiriləcək. Tələbələr və işəgötürənlər hansı tələbə uyğun iş və ya kadr axtardığını virtual əmək birjasında qeyd edəcək.

“UNEC2B” böyük rəqabət mühitində fəaliyyət göstərəcək

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov müzakirələrə qoşularaq tələb və təklifin qovuşduğu “UNEC2B” platformasının daha səmərəli olacağına ümid etdiyini deyib. O, “ASAN könüllüləri”ni əhatə edən platforma ilə “UNEC2B” platformasını müqayisə edib. “ASAN kadr” platforması vasitəsilə 900-ə yaxın gəncin işlə təmin olunduğunu vurğulayaraq, UNEC-in də uğuru qazanacağına, hədəfinə çatacağına ümid etdiyini deyib: “UNEC2B” yaxşı layihədir, ancaq yeganə deyil. Ona görə də çox böyük rəqabət olacaq və kim ən yaxşısını təqdim etsə, işəgötürənlər arasında da o, nüfuz qazanacaq”.

Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, millət vəkilləri Fazil Mustafa və Vüsal Hüseynov, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev UNEC-in təşəbbüsünü yüksək qiymətləndirərək deyiblər ki, ixtisasların sürətlə dəyişməsi kadr hazırlığının təkmilləşdirilməsini tələb edir. Bunun üçün isə işəgötürənlərlə işbirliyi önəmlidir.

Müzakirələrdə distant təhsilin önəmi qeyd edilib. Ə.Muradov distant təhsillə bağlı da UNEC-də yenilik gözlənildiyini vurğulayıb: “Müasir texnologiyalar vasitəsilə distant təhsil mərkəzi yaratmışıq. Bir ay ərzində mərkəz tam hazır olacaq. Biz də hesab edirik ki, tələbələrin bütün fənləri dinləmək üçün universitetə gəlməsi vacib deyil. İxtisaslarına aid olmayan fənləri onlayn dinləyə bilərlər”.

UNEC müqavilə bağladı

Tədbirdə iştirakçılar arasında sorğu keçirilib və iki sual qoyulub. “Universitetlər kadr hazırlığını əmək bazarının tələbinə uyğun həyata keçirməlidir?” və “Beynəlxalq, yoxsa yerli əmək bazarının tələbləri əsas götürülməlidir?” suallarına cavab elə gözlənildiyi kimi olub: UNEC beynəlxalq əmək bazarının tələbinə uyğun kadr hazırlamalıdır.

Tədbirdə müasir tələblərlə bağlı tələbələrin və işəgötürənlərin fikirlərinin əks olunduğu videosorğu təqdim olunub.

Konfransın sonunda Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Auditorlar Palatası və Bank Tədris Mərkəzi ilə əməkdaşlıq müqaviləsi imzalanıb.

Ruhiyyə DAŞSALAHLI

eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno - yabancı dizi izle - instagram report tool - Mersin evden eve nakliyat - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

niwo opleiding

-

loodgieter den haag

- buy starlink