Karyera Mərkəzi təqdim edir: “Təşəbbüs müraciəti”

23 MAY 2016 | VIEWS:
2995

UNEC-in Karyera Mərkəzi Sizə karyera qurmaqda və şəxsi inkişafınızda kömək göstərəcək silsilə yazıların yayımına başlayır. Məqsədimiz sizin imkanlarınızı daha yaxşı harada reallaşdırmağınızı müəyyən etməkdə yol göstərmək və arzuladığınız karyeranı qurmaq üçün əsas məsləhətlərin verilməsi olacaq. Yazıların hazırlanmasında bu sahədə gözəl tədqiqat işi olan Ceff Qraut və Sara Perrinin “İdeal karyeranı necə qurmalı” kitabına istinad edilib.

Tərcümə: Fuad Əliyev, Aygün Abdulova 

Giriş

Fəsil 1. Şəxsi imkanlarınızın dəyərləndirilməsi

Fəsil 2. İşə götürənin anlayış göstərməsi

Fəsil 3. Effektiv iş axtarışının planlaşdırılması

Fəsil 4. Müsbət yanaşma

Fəsil 5. Effektiv hazırlıq

Fəsil 6. Sizin marketinq materiallarınızın hazırlanması

Fəsil 7. Top menecerlərin məsləhətləri

Fəsil 8. Elan edilmiş vakansiyalar

Fəsil 9. Ardı var

Fəsil 10. İşədüzəltmə agentliklərindən maksimum faydanın əldə edilməsi

Fəsil 11. Özünüzə imkanların yaradılması

Fəsil 12. Təşəbbüs müraciəti

Yaşı qırxı ötmüş, iş axtaran və yüksək vəzifədə işləyən bəzi insanların onlara uyğun olan iş elanlarının tapması çox çətindir.  Bəzi kadr agentlikləri, hətta bu sahə üzrə ixtisaslaşmış olsa belə məhdud sayda vakansiya təqdim edə bilirlər.

Bu halda iş axtarışında birbaşa görüləcək iş, müəyyən edilmiş təşkilatlara təşəbbüs məktubunun göndərilməsi olacaqdır.

Təşəbbüs müraciətini etməyə dəyərmi?

Əlbəttə ki, dəyər! Bizim insan resursları departamentinin mütəxəssisləri arasında apardığımız araşdırmanın nəticələrinin 90%-i onu göstərdi ki, bu mütəxəssislər bütün təşəbbüs müraciətlərini nəzərdən keçirirlər. Bir çox mütəxəssislər isə təşəbbüs müraciətlərinin cari vakansiyalar üçün nəzərdən keçirdiklərini bildirmişlər.

Hətta siz real olaraq bu müraciətə cavab da ala bilərsiniz. Sorğu aparılan mütəxəssislərin 23%-i müraciətlərə cavab verdiklərini, 51%-i isə bəzən cavab verdiklərini bildirmişlər. Lakin siz nəzərə almalısınız ki, bu insanlar çoxlu müraciətlər qəbul edirlər. Bəziləri bunu gündəlik, digərləri isə həftəlik qəbul edirlər. Buna görə də sizə cavab gəlməsə belə bunu telefon vasitəsi ilə etməyə hazırlaşın.

Əgər sizə cavab verərək haqqınızdakı məlumatları bazaya daxil etdiklərini söyləsələr buna inanmayın. Çünki, insan resursları mütəxəssislərinin üçdə biri təşəbbüs müraciətlərini gələcək vakansiyalar üçün nəzərdən keçirdiklərini bildirmişlər.

Əgər hal-hazırda sizə uyğun vakansiya yoxdursa və siz buna baxmayaraq orada işləmək istəyirsinizsə o zaman oraya gələcəkdə müraciət etməlisiniz.

Ümumiyyətlə təşəbbüs müraciətlərini etmək məsləhətdir. Lakin siz müraciətinizə baxılmasını istəyirsinizsə o zaman “doğru” insanı seçməli və onun maraqlarını özünüzə doğru stimullaşdırın. Çalışmalısınız ki, sizinlə onlar niyə görə görüşməli olduqlarını açıq-aydın başa düşsünlər.

İdeyaların nizamlanması

Əgər təşəbbüs müraciətinizin uğurlu olmasını istəyirsinizsə məqsədlərinizi tam olaraq başa düşməlisiniz. Təşəbbüs müraciətində (məktub şəklində olması yaxşı olardı) əsas məqsəd müsahibəyə dəvət almaqdır. Bu müsahibədə isə təşkilata necə faydalı olacağınızdan bəhs etməlisiniz.

Müsahibəyə düşmək üçün sizin müraciətinizdə aşağıdakılar açıq şəkildə ifadə olunmalıdır:

  • Sizin xüsusi bacarıqlarınızın işinizlə hansı əlaqəsi vardır;
  • Sizin təcrübəniz hansı faydanı verəcəkdir;
  • Siz şirkətin maraqlarına nə dərəcədə cavab verirsiniz;

Ümumiyyətlə böyük ehtimalla sizin bacarıqlarınız şirkətə uyğun gələcəkdir. Əgər biliklərinizi dərinliklərinə qədər nümayiş etdirsəniz sizin cazibəliyiniz də artacaqdır. Lakin hər nə qədər məqsədlərinizdən kənarlaşmış olsanız şirkətdə sizin faydanız haqqında şübhə oyanacaqdır. Əgər siz Soho şəhərində (Londonun fransız və italyan restoran və gecə klublarının yerləşdiyi rayon) kiçik reklam agentliyində işləyərək iri beynəlxalq korporasiyaya müraciət etmiş olsanız müsbət cavab almayacaqsınız.

Məsləhət

Sizin təcrübənizdə maraqlı olacaq işəgötürənləri müəyyən etdikdən sonra təşəbbüs müraciətinizin cəlbediciliyini yüksəltmək məqsədi ilə bir ilişmə nöqtəsini tapmağa çalışın. Bu sizin təcrübənizin qiymətli olduğunu qeyd etməklə diqqəti sizə tərəf yönəldəcəkdir.

Bunun ən yaxşı üsulu şirkətin strateji inkişafının qanunauyğunluğunu müəyyən etməkdir. Effektiv tədqiqat uyğun bir təşkilatın seçilməsinə gətirib çıxaracaqdır. Ümumilikdə tədqiqat aşağıdakı mənbələri əhatə etməlidir:

  • Milli qəzetlərdən materiallar;
  • İxtisaslaşmış mətbuatdan məqalələr;
  • Radiodan biznes dünyası haqqında verilən xəbərlər;
  • İnternet vasitəsi ilə göndərilən məlumatlar;
  • İllik və yarım illik hesabatlar;
  • Peşəkarların məsləhətləri və tanışlarla söhbətlər.

Nələrə fikir verməli?

Təcrübənizdən asılı olaraq aşağıdakı hadisələrə xüsusilə fikir verməlisiniz:

  • Şirkətdə proqnozlaşdırılan genişlənmə;
  • Şirkətlərin birləşməsi;
  • Planlaşdırılan yenidən təşkilatlanma;
  • Yeni satış kanallarının inkişafı;
  • Xarici bazarlara çıxış;
  • Yeni dövlət investisiyaları;
  • Yeni informasiya texnologiyaları sisteminin inkişafı.

Proqnozlaşdırılan genişləndirmə o zaman uyğun olar ki, əgər siz:

  • satışın artırılmasında təcrübəniz var və siz marketinq sahəsində mütəxəssissiniz;
  • işəgötürmə və onun inkişafı üzrə təcrübəli mütəxəssissiniz;
  • reklam sahəsində mütəxəssissiniz;
  • maliyyə, maliyyə planlaşdırılması, proqnozlaşdırılması və pul axınına nəzarət üzrə mütəxəssissiniz;
  • istehsal üzrə menecer, keyfiyyətə nəzarət, distribusiya və s. üzrə mütəxəssissiniz.

Şirkətlərin birləşməsi o zaman uyğun olar ki, əgər siz:

  • şirkətlərin birləşməsi ərəfəsində yüksək vəzifədə işləmisiniz;
  • sistem inteqrasiyası sahəsində bacarıqlara sahib olan informasiya texnologiyaları üzrə mütəxəssissiniz;
  • iki biznesin inteqrasiyası üzrə və əmək müqavilələrinin ekspertizası üzrə mütəxəssissiniz;
  • holdinqlərin maliyyə hesabatlarının hazırlanması üzrə maliyyə mütəxəssissiniz.

Planlaşdırılan yenidən təşkilatlanma o zaman uyğun olar ki, əgər siz:

  • korporativ maliyyə və risklərin qiymətləndirilməsi üzrə mütəxəssissiniz;
  • kommersiya hüququ üzrə mütəxəssissiniz;
  • yenidən təşkilatlanma üzrə təcrübəyə sahib informasiya texnologiyaları sistemi və insan resurslarının idarə edilməsi üzrə mütəxəssissiniz.

Yeni satış kanallarının inkişafı o zaman uyğun olar ki, əgər siz:

  • malların evlərə çatdırılması xidməti üzrə rəhbər vəzifədə işləmiş şəxssiniz;
  • satışların internet vasitəsi ilə həyata keçirilməsi üzrə elektron kommersiya üzrə mütəxəssissiniz;

Xarici bazarlara çıxış o zaman uyğun olar ki, əgər siz:

  • nəzərdə tutulmuş müəyyən xarici bazarda təcrübəyə sahibsiniz;
  • müəyyən əcnəbi dildə sərbəst danışmaqla o dil üzrə mütəxəssis olmaq.

Dövlət investisiyaları o zaman uyğun olar ki, əgər siz:

  • bu sahə üzrə ixtisaslaşmış və təcrübəyə malik şəxssiniz;
  • investisiyaların idarə edilməsi sahəsində, xüsusi ilə maliyyə, kadr və hüquqi məsələlər üzrə təcrübəli mütəxəssis olduğunuz zaman.

İnformasiya texnologiyaları sisteminin inkişafı o zaman uyğun olar ki, əgər siz:

  • inteqrasiya sistemi üzrə mütəxəssis olduğunuz zaman;
  • yüksək texnologiyalar sahəsində mütəxəssis olduğunuz zaman;
  • proqram təminatı və yeni informasiya texnologiyaları sahəsində təcrübəyə sahib funksional idarəetmə mütəxəssisi olduğunuz zaman.

Bunlar yalnız təşəbbüs müraciətində istifadə olunacaq “ilişmə nöqtələri”nin yalnız bir hissəsidir. Siz hər nə qədər bu aspektlərə diqqət yetirmiş olsanız sizin iş axtarışlarınız daha effektiv olacaqdır.

Maneələri aşmaq: kimə müraciət etməli

Əsas qayda belədir: əgər siz insan resursları departamentində işləməyəcəksinizsə oraya müraciət etməyin. Niyə görə? Bizim araşdırmalarımız göstərir ki, bu şöbənin əməkdaşları hər gün təşəbbüs müraciətləri qəbul etməklə məşğuldurlar.  Bəs elə isə bu səbəb onlara müraciət etməyə əsas verirmi?

Bu belə deyil. İnsan resursları şöbələrinin çoxlu məktub almaları o deməkdir ki, sizin məktubunuz daxil olan məktublar qutusunun dolmasına səbəb olacaqdır. Əlbəttə ki, sizin məktubunuz oxunacaq və hətta ola bilər ki, sizə cavab da yazsınlar. Lakin bu arzu etdiyiniz işi əldə etmək olmayacaqdır.

Məsləhət

İnsan resursları üzrə mütəxəssislər sizin müraciətinizə “hə” və ya “yox” cavabı deyəcək şəxslərdir. Onlar məlumat bazasını nəzərdən keçirərək hal-hazırda vakansiyanın olub-olmadığına baxacaq və bu sizin təşəbbüs müraciətinizin sonu olacaqdır.

Belə olduğu təqdirdə, təşkilatda yüksək vəzifə tutan şəxslərə müraciət etməyə dəyərmi? Qətiyyən olmaz. Şirkət rəhbərləri adətən onlarda hansı vakansiyaların olduğu haqqında məlumatlı olmurlar.

Təşəbbüs müraciəti edərkən bu işin qızıl qaydası isə budur:

  • sizin birbaşa rəhbəriniz olacaq şəxsə müraciət edin.

O sizi dəyərləndirərək bilik və bacarıqlarınızdan necə istifadə ediləcəyinə baxacaq və sizin təcrübənizin analoquna uyğun işlərin aparılıb-aparılmadığına (açıq vakansiyalardan fərqli olaraq) diqqət yetirəcəkdir. Bu şəxs sizin təcrübənizin təşkilatda necə tətbiq ediləcəyini də yaxşı biləcəkdir. O fikirlərini “Məndə belə vakansiya varmı?” sualına cavab axtarmaqdansa “Mən ondan necə istifadə edə bilərəm?” sualı üzərində baş sındıracaqdır. Daha sonra isə, o, sizi şöbəsinə işə götürmək yollarını axtardığı zaman insan resursları şöbəsi də öz növbəsində sizdən necə qurtulma yollarını axtaracaqdır.

Kiminlə əlaqə qurmağınızdan asılı olmayaraq konkret olmalı, o şəxslərin maraqlarını necə güdəcəyinizi də açıq şəkildə ortaya qoymalısınız.

Məsləhət

Beləliklə əgər siz maliyyə təhlilçisi vəzifəsinə iddia edirsinizsə, o, zaman maliyyə nəzarəti şöbəsinin müdirinə müraciət etməlisiniz. Əgər informasiya texnologiyaları üzrə mütəxəssis vəzifəsində işləmək istəyirsinizsə, o zaman o şöbənin müdiri ilə əlaqə yaratmağa çalışmalısınız. Bir qayda olaraq direktorlar şurasına deyil, orta və yüksək təbəqəli rəhbər işçilərə müraciət etdiyiniz zaman müsbət cavab almağınız mümkündür. Bununla belə rəhbər vəzifə tutmaq istəyirsinizsə, icraçı direktora müraciət edin.

Məktub göndərərkən vəzifə deyil, şəxs adından istifadə etməli

Sizin müraciət etdiyiniz şəxsi müəyyən etdikdən sonra onun adını öyrənmək lazım gələcəkdir. Məktubda vəzifənin adını yazmaq doğru deyil. Bu halda sizin məktubunuz katibliyin ixtiyarına veriləcəkdir.

Əgər ictimaiyyətə yaxşı məlum olan şirkətə müraciət edirsinizsə, onun adını illik hesabatlarda, maliyyə sənədlərində və ya şirkətin veb-səhifəsində tapa bilərsiniz. Əgər siz hesabat və maliyyə sənədlərindən mənbə olaraq istifadə edirsinizsə, o zaman şirkətə zəng vuraraq bu şəxsin hələ də vəzifədə olub-olmadığını öyrənmək lazımdır. Köməkçi və ya telefon operatoru Co Braunun kommersiya direktoru olub-olmadığını sizə söyləyəcəkdir.

Əgər direktor vəzifəsindən aşağı olacaq şəxsə müraciət edirsinizsə, o zaman siz o şəxsin adını öyrənmək üçün xeyli vaxt sərf edəcəksiniz. Siz yenə də şirkətə zəng vurmalı və maliyyə planlaşdırması şöbəsinin rəhbərinin adını öyrənməlisiniz. Sizdən zənginizin məqsədini soruşa bilərlər və siz işədüzəltmə məsələsi ilə müraciət etmək istəyən şəxs olduğunuzu söyləyə bilərsiniz. Lakin əmin olmaq lazımdır ki, sizin zənginizi insan resursları departamentinə yönəltməsinlər.

Məsləhət

Əgər qeydiyyat və ya kommutator şöbəsində sizə lazım olan şəxsin adını söylənən zaman, soyadın və adın doğru yazılışını və həmin şəxsin iş ünvanını dəqiqləşdirmək lazımdır.

Ola bilər ki, sizi həmin şəxsin köməkçisi və ya katibəsi ilə birləşdirsinlər və bu halda onların köməyi ilə bu məlumatı yoxlaya bilərsiniz.

Məlumatı əldə etdikdən sonra siz əmin ola bilərsiniz ki, məktubunuz şirkətdə lazım olacaq şəxsə çatacaqdır. Məktubunuzun tam şəkildə şansını yüksəltmək üçün zərfin üzərində “özəl və şəxsi” yerinə “özəl və gizli” sözünün yazılmasının mənası vardır. Seçdiyiniz insanın vəzifəsi nə qədər yüksək olacaqsa sizin məktubunuzun onun köməkçisi və katibəsi tərəfindən açılması ehtimalı vardır. Əgər bu baş verərsə məktubunuz insan resursları departamentinə yönələ bilər. Lakin bunu şəxsi yazışma olduğunu qeyd etsəniz məktubunuz ünvanına çatacaqdır.

Yadda saxlayın ki, cəhdlərinizi məntiqi olaraq yönləndirməyinizməsləhətdir. Təsadüfi olaraq seçilmiş 200 şirkətin naməlum direktorlarına və insan resursları departamentinə məktub yazmağın bir mənası yoxdur.

Bu vaxtı 20 aparıcı şirkətin əlaqədar şəxsinə məktubun göndərilməsinə sərf etmək daha məqsədəuyğundur. Əgər bu vaxt ərzində siz şirkətə verəcəyiniz faydanı izah edə bilməsəniz sizə iş təklif etməyə bir səbəb olmayacaqdır.

Təşəbbüs müraciətini necə etməli

Biz fikirlərimizi məktubun ənənəvi qaydada yazılması üzərində cəmləşdirmişdik. Çünki, bu informasiyanı çatdırmağın ən doğru yolu idi. Telefon zənginiz tələsik qəbul edilə bilər və onu əlaqəsi olmayan şəxs ələ keçirə bilər. Belə olduğu halda məlumatınıza nəzarət etmək çətin olacaqdır.

Elektron məktubun göndərilməsi bəzi hallarda uyğun ola bilər. Lakin bu halda siz risk etmiş olursunuz. Çünki, məktubunuz internet reklamı olaraq qəbul edilə bilər və diqqətdən kənarda qalar. Bundan başqa bəzi məşğul vəzifəli şəxslər öz köməkçilərinə öz elektron poçtunu yoxlamağa və onunla əlaqədar qərar verməyə səlahiyyət verirlər. Beləcə məktubunuz başqasının əlinə keçmiş olacaqdır. Elektron məktubların mənfi tərəflərindən biri də kompüter ekranlarından itən kimi unudulur və o digər məktublar arasında “dəfn” olunur. Ənənəvi məktub çap edildiyi üçün ona qarşı əhəmiyyət verməmək mümkün deyil.

Köməkçilərlə dostluq edin

Nəzərə alın ki, köməkçilər təşəbbüs müraciətinizi qəbul edərkən sizə kömək edə bilər və ya əngəl törədə bilər. Onlar həm informasiya mənbəyi kimi çıxış edə bilər və ya müraciətinizi naməlum istiqamətlərə göndərə bilər.

Onların verdikləri informasiyaya aşağıdakılar daxil ola bilər:

  • sizə lazım olan şəxs haqqında ümumi məlumat: məsələn, onun adı və vəzifəsi.
  • seçilən insanın qısa karyera tarixçəsi: məsələn, o indiki vəzifəsində artıq neçə ildir ki, işləyir;
  • Hal-hazırda mövcud vakansiyalar haqqında məlumat;
  • Şöbədə işləyənlərin sayı.

Sizin dəqiqləşdirmək istədiyiniz informasiya həmin şəxsin nə dərəcədə məşğul olmağından, danışmağa meylli olmağından, şirkətin korporativ mədəniyyətindən (qeyri-adi suallara ehtiyatla yanaşmalarından) və şirkətdə işlədiyi müddətdən asılıdır.

Köməkçilərə qarşı nəzakətli və anlayışlı olmaq lazımdır. Ola bilər ki, onlar bəzi detalları müzakirə etmək istəməsinlər. Onları özünüzə qarşı kökləməyin. Əks təqdirdə bir neçə gündən sonra daxil olacaq məktubunuzun istiqaməti naməlum qalacaqdır. Lakin onları öz “oyununuza” daxil edə bilsəniz onlar sizə kömək edə bilərlər. Çünkiköməkçilər öz rəhbərlərinə təsir edə bilirlər. Əgər onlar sizin məktubunuzu rəhbərin diqqətinə çatdıra bilsələr o zaman sizin şansınız yüksələcəkdir.

Şəxsi və özəl 

Lexon Şirkətinin Pərakəndə Əməliyyatlar

Şöbəsinin müdiri cənab Con Lidiata 

Hörmətli cənab Lidiat

Məni işgüzar xəbərlərdə Lexon Şirkətinin məhsulları evlərə çatdırması məlumatı çox maraqlandırdı. Bilirəm ki, artıq yaxın bir neçə ay ərzində Lexon Direct proqramı tətbiq ediləcəkdir.

Mən hal-hazırda webshop.com təşkilatında planlaşdırma və logistika üzrə menecer vəzifəsində işləyirəm. Bundan əvvəl isə məhsulların evlərə çatdırılması və məhsulların kataloqunu buraxmaqla məşğul olanNexus şirkətinin meneceri vəzifəsində işləmişəm. Demək olar ki, 10 il ərzində pərakəndə satış müəssisələrində işləməklə kommersiya planlaşdırılması və satış əməliyyatları sahəsində təcrübə əldə etmişəm. Son zamanlar isə  uğurlu distribusiya şəbəkəsinin qurulmasında məsul şəxs olmuşam.

Hesab edirəm ki, mən Lexon Direct proqramının müvəffəqiyyətlə həyata keçməsində öz töhfəmi verə bilərəm. Sizinlə görüşmək imkanından və təcrübəmin sizin təşkilatınıza verəcəyi faydalarını sizinlə müzakirə etməkdən məmnunluq duyardım. Bu məqsədlə növbəti həftə bu ideyanın həyata keçmə imkanlarını müzakirə etmək üçün şəxsən sizə zəng edəcəyəm.

Dərin ehtiramla,                                 Mark Lonq

Şəkil 12.1  Təşəbbüs məktubunun nümunəsi

*

Nəticələr

  • Təşəbbüs məktubunun yazılması sizin arzuladığınız işin tapılmasında yaxşı üsullardan biri ola bilər.
  • Bütün mümkün informasiya mənbələrindən istifadə edin: qəzetlər, informasiya verilişləri və peşəkarların məsləhətləri.
  • Sizin bacarıqlarınızın işəgötürən üçün necə uyğun olacağını müəyyən edin. Bu sizin təşəbbüs müraciətinizin qəbul edilməsi üçün tətbiq edilə bilər.
  • Sizin bilik və bacarıqlarınızı və təcrübənizin aktuallığını xüsusi ilə qeyd edən məktub yazın.
  • İnsan resursları departamentindən uzaq qaçın.
  • Məktubunuzun gələcəkdə rəhbəriniz ola biləcək şəxsə çatmağına çalışın.
  • Məktubu göndərərkən üzərinə şəxsin vəzifəsini deyil, adını qeyd edin.
  • Məktubunuzun üzərinə “Şəxsi və özəl” sözlərini yazmağı unutmayın.
  • Sizin məktubunuzun aidiyyatı olan şəxsin oxuması üçün onun köməkçisi ilə dostluq etməyə çalışın. Bu sizin şansınızı yüksəldəcəkdir.
  • Kütləvi olmayan, lakin məqsədyönlü tərtib edilmiş məktub sizi uğura gətirib çıxaracaqdır.

 

2996 1