Karyera Mərkəzi və Ernst & Young Holdings şirkəti “EY-la tanışlıq” layihəsini təqdim edib

07 MART 2017 | VIEWS:
3003

UNEC-in Karyera Mərkəzi və dünyanın aparıcı audit şirkətlərindən biri olan Ernst & Young Holdings (CIS) şirkətinin birlikdə təqdim etdiyi “EY-la Tanışlıq” layihəsi çərçivəsində UNEC tələbələri şirkətdə informasiya turunda olublar. Görüş zamanı tələbələrə şirkətin yaranma tarixi, strukturu, fəaliyyəti və göstərilən xidmətlər barədə ətraflı məlumat verilib.

Həmçinin  İnsan Resursları Departamentinin nümayəndələri işə qəbul prosesi, şirkətdəki təcrübə proqramları və karyera imkanları mövzusunda geniş məlumat verərək, UNEC tələbələri üçün xüsusi test imtahanı da təşkil ediblər.

Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb. Bildirilib ki, bu layihə çərçivəsində gləcəkdə də şirkətlə əməkdaşlıq davam etdiriləcək.

3004 1