Kənan Sabir oğlu Bağırov

1990-cı ildə Bakı şəhərində anadan olmuşdur.

1996-cı ildə Bakı şəhəri Səbail rayonu 7 saylı məktəbin I sinfinə daxil olub, 2007-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir. 2007-ci ildə Azərbaycan Kooperasiya Universitetinin “Maliyyə və Mühasibat Uçotu” fakültəsinin “Maliyyə və kredit” ixtisası üzrə bakalavr təhsili, 2011-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə nəzarəti və Audit” ixtisaslaşması üzrə magistratura təhsili almışdır. 2019-cu ilin yanvar ayından Azərbaycan Milli Elmlər Akademiyasının İqtisad İnstitutunda Demoqrafiya ixtisası üzrə Doktorantura pilləsində təhsilini davam etdirir.
2000-ci ildə Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi İctimai Birliyinə könüllü olaraq qoşulmuşdur, 2000-ci ildə BMT-nin Ümumdünya uşaq könüllüləri qrupunun və Uşaqlar üçün Ümumdünya hərəkatının üzvü olmuşdur. 2001-2007-cil illərdə “Yod Çatışmazlığı”, “Mina Təhlükəsizliyi”, “İİV/QİÇS” –lə mübarizə, “Siqaretin insan orqanizminə ziyanı”, Uşaq Hüquqlarının Təbliği”, Azərbaycanda Uşaqların vəziyyətinə dair BMT-nin İnsan hüquqları üzrə komitəsinə Alternativ  Hesabatlar”, “Sağlam həyat tərzinin təbliği” və digər bir sıra layihə və proqramlarda könüllü,təlimçi, assistent kimi çalışmışdır. 

İyul 2007-iyul 2008-ci il tarixində Ümidli Gələcək Gənclər Təşkilatında PR menecer, avqust 2008-oktyabr 2009-cu il tarixində “Şən İdman Avtobusu” layihəsində Mütəxəssis, 2010-cu ilin may-oktyabr tarixlərində “VMA-ların qiymətlədirilməsi” Proqramında monitorinq üzrə mütəxəssis, oktyabr 2010- iyul 2011-ci il tarixlərində “Yuvenal Ədliyyə” proqramında menecer, İyul-oktrabr 2011-ci il tarixlərində “ Zorakılıq və Cinayət Qurbanı olan Uşaq və Gənclər üçün Psixo-sosial reabilitasiya Mərkəzində direktor və avqust 2009- oktyabr 2011-ci il tarixində Ümidli Gələcək Gənclər Təşkilatının İnzibati işlər və İnsan Resurslarının idarə edilməsi departamentinin Direktoru vəzifələrində çalışmışdır. 2010-2011 il tarixlərində Ümidli Gələcək Gənclər Təşkilatının İdarə heyətinin üzvü, 2007-2016-cu il tarixlərində Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəsinin Proqram koordinatoru və İdarə heyətinin üzvu olmuşdur. 

*

İyun 2015-ci ildən iyun 2017-ci ilə kimi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvü, İyun 2017-ci ildən iyun 2021-ci ilə qədər isə DMX yanında şuranın II və III tərkibində İctimai Şuranın katibi, yanvar 2017-ci il tarixindən 2020-ci il tarixinə kimi isə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili yanında Milli Preventiv Mexanizm Qrupunun üzvü olmuşdur.

2017-ci ildə Azərbaycanda Miqrasiya sahəsində geniş fəliyyətlərimə görə “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti-10 il” Azərbaycan Respublikasının Yubiley medalı ilə təltif olunmuşam, həmçinin 2019-cu ildə xidmət rəisinin xüsusi Fəxri Fərmanı ilə də təltif edilmişdir.
Oktyabr 2013- 2015-ci illərdə BMT-nin İnkişaf  Proqramının “Azərbaycanda İnnovasiya və Məşğulluğun artırılması” layihəsinin koordinatoru, 2015-ci İctimai səhiyyə və islahatlar Mərkəzinin “Uşaqların sağlamlığının qorunması” layihəsində ekspert, sentyabr 2013- Yanvar 2015-ci il tarixlərində Azərbaycan  Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Məşğulluq Xidmətinin karyera üzrə məsləhətçisi vəzifələrində çalışmışdır. 

2013-cü ildən başlayaraq müstəqil təlimçi kimi həm dövlət həm də özəl müəssisələrə, təşkilatlara müxtəlif mövzularda təlimlər vermiş və bu fəaliyyətini hal-hazırda da davam etdirir.

2017-ci ildən 2019-cu ilədək isə Dövlət Məşğulluq Xidmətinin “karyera planlaması və Əmək bazarına inteqrasiya” üzrə müxtəlif proqramlarında təlimçisi kimi, 2019-cu ildən 2020-ci ilədək Azərbaycan  Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Məşğulluq Xidmətində baş mütəxəssis kimi çalışmışdır. 2019-2020-ci illərdə BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığının layihə üzrə eskperti olmuşdur. 2020-ci noyabr ayından Azərbaycan  Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin Peşə hazırlığı və peşəyönümü departamentinin Peşə hazırlığı şöbəsinin müdiri vəzifəsində çalışır. 

2019-cu ildən Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, 2021-ci ildən isə Dövlət İqtisad Universitetinin müəllimidir. Qeyd olunanlarla yanaşı 2020-2021-ci tədris ilində Əmək və Sosial Münasibətlər Akademiyasının müəllimi olmuşdur.

UNEC-də “Karyera Planlaşdırılması və İnkişafı” kafedrasında müəllim vəzifəsində çalışır.

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Betmarko - Fixbet - Starzbet - eta saat - Hipercasino - Twitch viewer bot - sweet bonanza oyna