Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli 348 saylı qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavryat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili qaydaları” ilə tənzimlənir.
Kredit – fənnin mənimsənilməsinə ayrılan vaxtın ölçü vahididir. Cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə görə fənn üzrə müvəffəq qiymət almış tələbə həmin fəndən kredit qazanmış hesab olunur. Kredit sistemi əsasında təşkil olunmuş tədris prosesi aşağıdakı xüsusiyyətlərlə səciyyələndirilir: