Kredit sisteminin xüsusiyyətləri

Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli 348 saylı qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavryat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili qaydaları” ilə tənzimlənir.

Kredit – fənnin mənimsənilməsinə ayrılan vaxtın ölçü vahididir. Cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə görə fənn üzrə müvəffəq qiymət almış tələbə həmin fəndən kredit qazanmış hesab olunur. Kredit sistemi əsasında təşkil olunmuş tədris prosesi aşağıdakı xüsusiyyətlərlə səciyyələndirilir:

*

  • hər bir tələbənin fərdi tədris planının olması və onların bu planın tərtib edilməsində iştirak etməsi;
  • ali təhsil müəssisəsinin tədris planlarına uyğun olaraq, fənlərin, müəllimlərin və akademik məsləhətçilərin (tyutorların) seçiminin sərbəstliyinin təmin edilməsi;
  • tədris prosesinə tyutorların cəlb olunması;
  • tələbəyə sərbəst iş üçün şəraitin yaradılması;
  • biliyin qiymətləndirilməsində çoxballı sistemin tətbiq edilməsi;
  • hər semestrdə tədris qruplarının fənlər üzrə formalaşdırılması;
  • tələbə və müəllimlərin mobilliyinin təmin olunması;
  • təhsilalma müddətinin tələbənin nailiyyətindən asılı olması;
  • fakültə, kafedra, ixtisas, fənn, müəllim və tələbələrin kodlaşdırılması.
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna