mba555

UNEC BİZNES MƏKTƏBİ 

PROQRAM:BİZNESİN İDARƏ EDİLMƏSİ (MBA) 

İXTİSASLAŞMA:LAYİHƏLƏRİN İDARƏEDİLMƏSİ

 

İxtisaslaşmanın məqsədi:

Layihələrin idarəedilməsi ixtisaslaşması sizin təşkilatlarda əsas problemləri müəyyən etmək, həvəsləndirmək, komanda işini aşılamaq, risklərə və kompleks layihələrə nəzarət etmək və səmərəli nəticələrə müvəffəq olmaq bacarığınızı artırır. Layihələrin idarəedilməsi ixtisaslaşması müxtəlif həcmli və əhatə dairəli layihələrin idarəedilməsi strategiyalarını öyrədir və real situasiyalara əsaslanan tapşırıqlarla layihələrdə rast gəlinən çətinliklərin qarşısını almağa imkan yaradır.

 

MBA proqramının müddəti və ünvanı:

Layihələrin idarəedilməsi ixtisaslaşması üzrə təhsil Avropa Kredit Transfer Sistemi uyğun olaraq 4 semestr (2 il) ərzində 10 ümumi fənn üzrə 60 kre­dit, 4 seç­mə (ix­ti­sas) fənn üz­­­rə 24 kredit və buraxılış layihəsi üzrə 12 kredit ol­maq­la, cəmi 96  kreditlə tamam­lanır.

Bu ixtisas üzrə kreditlər ABŞ Kredit Sisteminə ekvivalent olaraq hesablandıqda isə təhsil 4 semestr (2 il) ərzində10 ümumi fənn üzrə30 kre­dit, 4 seç­mə (ix­ti­sas) fənn üz­­rə 12 kredit və buraxılış layihəsi üzrə 6 kredit ol­maq­la, cəmi 48 kreditlə tamam­lanır.

Dərslər payız, yaz və yay semestrlərində həftədə iki dəfə olmaqla, Bakı şəhəri, İstiqlaliyyət küçəsi 6, AZ1001 ünvanında keçirilir.Əlaqə: e-mail: mba@asue.edu.az,tel/fax +994124976267

 

MBA proqramına qəbul şərtləri:

Əsas təhsili iqtisadiyyat sahəsinə aid olan və olmayan ixtisaslar üzrə bakalavr də­rə­cəsi almış namizədlər DİM (Dövlət İmtahan Mərkəzi) qəbul imtaha­nın­dan uğurla keç­mək­lə MBA proqramına qəbul olunurlar.

 

MBA proqramında tədris metodlarının üstünlükləri:

Bu proqram ali təhsilli ixtisaslı mütəxəssislərə öz rəhbərlik keyfiyyətinin yük­səl­dilməsinə, sistemli bilik, bacarıq və işgüzar idarəetmə vərdişlərinin mənimsənilməsinə və peşəkarlıq sə­viy­yəsinin da­vam­­lı olaraq artırılmasınıa müasir biznes informa­si­ya­sı­nın araşdırılmasına, ana­litik dü­şün­mə və qə­rarvermə qabiliyyətinın inkişafına, biznes eti­ka­sı, təqdimat qabiliyyəti, vax­tın ida­rə­edil­məsi və sa­­hib­­­karlıq məntiqinin for­ma­laşdırılmasına şərait yaradır. Proqram ma­gistrant­ları cə­miyyət, müəs­­sisə və təşkilatların idarə olunmasında məsul vəzifələr tutmağa hazırlayır. Nəzəri və praktik məlu­matlarla yanaşı, proqramda nümunə kimi konkret biznes halları (case study) mü­­za­kirə edi­lir, rol oynama, biznes oyunu, müxtəlif ssenarialarıntəqdimatları, qrup və la­yi­­hə ça­lış­maları həyata keçirilir və bu zaman müasir tədris me­tod və texnologiyalarından istifadə edilir. Proqram ict­i­mai əhəmiyyətli qeyri-hökumət, qeyri-dövlət və kommersiya yönüm­lü təş­­ki­lat­larda struk­tur və fəaliyyət sahəsinə təsir edəcək dəyi­şik­lik­lərin çevik ida­rə­edil­mə­si, qanun­ve­ri­­cilikdə və biznes mühitində yeni meyillərin öncədən (proaktiv) araşdırıl­ma­sı vərdişlərini aşı­layır. Magistrantın fənni mənimsəməsi həf­tə­­lik və yarım se­mes­trlik testlər (quiz), dərs­də iştirak səviy­yə­si, ev tap­şı­rıq­ları və kumulativ (semestr imtahanı) imta­han əsasında (test və yazılı forma­da açıq sual­lar­dan ibarət olmaqla) qiymətlən­dir­ilir.

 

MBA proqramında tədris kadrları:

Proqram UNEC-in müəl­limləri ilə yanaşı, digər ali təhsil müəssisələrinin professor-müəllim heyə­ti, ölkə­də fəaliyyət göstərən yerli və xarici təşkilatlarda məsul vəzifədə çalışan rəhbər şəxslər, peşə­kar menecerlər və müqavilə əsasında dünyanın aparıcı təhsil müəssisələrindən dəvət edilmiş profes­sor-müəllim heyətinin elmi bilik və praktik potensialından faydalanır.

 

Diplom:

Təhsilini tamamlamış magis­tr­ öz ixtisası üzrə magistr elmi-ixtisas də­rəcəsi və diplomu ilə təltif olunur və ona bu dərəcəyə uyğun olan hüquq və imtiyazlar verilir.

 

Layihələrin idarəedilməsi ixtisası üzrə keçirilən fənlər:

 

Birinci semestr:

 

SMO 652                    Liderlik və təşkilati davranış

MGTSC 501               Biznes statistikası

ECON 503                 Menecment iqtisadiyyatı

ACCTG 503               Maliyyə uçotu(F3)

 

İkinci semestr:

SMO 502                    Strategiya, təşkilat və innovasiya

FIN 502                      Korporativ maliyyə

PM 501                       Layihələrin idarəedilməsinin əsasları

ACCTG 502               İdarəetmə uçotu(F2)

 

Üçüncü semestr:

PM 610                       Layihə alətləri və texnikaları

BLAW 642                 Biznes hüququ(F4)

 

Dördüncü semestr – 4 əsas seçmə fənn

PM 605                       Layihələrin strateji planlaşdırılması və nəzarət texnikaları

PM 620                       Müəssisə və layihə risklərinin idarəedilməsi

PM 635                       Layihə heyətinin liderliyi

PM 615                       Layihələrin idarəedilməsi sistemləri

PM 631                       Müqavilələrvətəchizatınidarəedilməsi

PM 626                       Xərclərin qiymətləndirilməsi və nəzarət

PM 641                       Layihə portfelinin idarəedilməsi

PM 611                       Layihələrin idarəedilməsinin maliyyələşdirilməsi

Buraxılış layihəsi (Capstone paper)ixtisas sahəsinə aid olan aktual məsələlər üzrə

12522 2
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna