“Lider müəllim-Lider universitet” layihəsinin I mərhələsi başa çatıb

07 NOYABR 2016 | VIEWS:

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professor-müəllim heyətinin peşəkarlıq qabiliyyətinin daha da yüksəldilməsi, onların elmi tədqiqata, şəxsi inkişafa, sosial fəaliyyətə, işgüzar əlaqələrə olan marağının artırılması məqsədi ilə həyata keçirilən “Lider müəllim – Lider universitet” layihəsinin I mərhələsi başa çatıb.

Komissiya daxil olan elektron müraciətləri qiymətləndirərək, müsabiqəyə qatılmaq hüququ qazanan müəllimləri müəyyən edib. Müsabiqədə iştirak etmək üçün müraciət edən məllimlərin böyük əksəriyyəti “Lider Müəllim – İnnovativ müəllim” nominasiyasını seçib. Qeyd edək ki, bu kriteriya üzrə qalib gələn müəllim 7 gün müddətinə Paris Sorbon Universiteti – Abu Dabiyə göndəriləcək.

Müsabiqənin növbəti mərhələsində müəllimlərin qiymətləndirilməsi aparılacaq. “Lider müəllim – innovativ müəllim” və “Lider müəllim – təşəbbüskar müəllim” üzrə qiymətləndirməni beş nəfərdən ibarət komissiya müəyyən edəcək. Onlar müsabiqədə iştirak edən müəllimə əvvəlcədən xəbər vermədən 4 dərsdə (2 mühazirə, 2 məşğələ olmaqla) iştirak edərək, meyarlar üzrə qiymətləndirmə aparacaq. Müsabiqənin yekununda ən yüksək nəticə göstərən müəllimlərin balları eyni olarsa, o zaman Differensial əmək haqqı sistemindəki “Tələbə Məmnunluq Anketini”ndə daha yüksək bal alan şəxs qalib seçiləcək.

“Lider müəllim – innovativ müəllim” kriteriyasının qiymətləndirmə meyarları innovativ tədris metodlarından istifadə, Elektron Universitet Modelindən yararlanma və tədris resurslarının yenilənmə səviyyəsinə görə 10 ballıq sistemlə aparılacaq. “Lider müəllim – təşəbbüskar müəllim” kriteriyası isə tədris prosesinin təkmilləşdirilməsi, işgüzar və ictimaiyyətlə əlaqələrinin inkişafı, eyni zamanda idman və sosial mövzuda layihələrin həyata keçirilməsi ilə bağlı təşəbbüsün sayına görə qiymətləndiriləcək.

Digər 5 kriteriya isə UNEC-də tətbiq edilən professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan differensial əmək haqqı sisteminin müvafiq bölmələrinin nəticələrinə əsaslanaraq aparılacaq.

eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno - yabancı dizi izle - instagram report tool - Mersin evden eve nakliyat - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

niwo opleiding

-

loodgieter den haag

- buy starlink - toscanello satın al - twitch viewer bots - Postegro - grandpashabet - Yeraltı kablo döşeme ürünleri