Magistr: “UNEC gənc tədqiqatçılara geniş imkanlar açır”

20 NOYABR 2017 | VIEWS:

foto_qalib1715808548_nUNEC-də “Elm aylığı” çərçivəsində professor-müəllim heyəti, doktorant, gənc tədqiqatçı, magistr və tələbələr arasında “Müasir dövrdə Azərbaycanın sosial-iqtisadi inkişafi strateji yol xəritələrinin əsas istiqamətləri konteksində” mövzusunda elmi məqalə müsabiqəsi keçirilib.

Magistrlər arasında keçirilən müsabiqənin qalibi Rəna İsmayılova ilə müsahibəni təqdim edirik:

– Rəna xanım, “Elm aylığı” çərçivəsində magistrlər arasında keçirilən elmi məqalə müsabiqəsində I yerə layiq görülüdüyünüzə görə sizi təbrik edirik!

– Çox sağ olun! UNEC-də “Elm aylığı”nın keçirilməsi universitetimizin elmin inkişafına nə qədər dəyər verdiyini bir daha sübut edir və bu, biz magistrləri sevindirir.

– Sizcə, gənclərdə elmə marağın artırılmasının ən əlverişli üsulu nədir?

– Hesab edirəm ki, gənclərin elmə marağının artırılması üçün elmin inkişafına xidmət edən tədbirlərin sayını və tədqiqatların keyfiyyətini artırmaq zəruridir. Mənbələrin əlçatatan olması üçün kiçik tədqiqat mərkəzlərinin fəaliyyət göstərməsi fikrimcə, çox yaxşı olardı. Qürurla bildirirəm ki, təhsil aldığım Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində yeni standartlar tətbiq olunur. İkinci tədris ili bütünlüklə elmi fəaliyyətə həsr olunub. Təhsilin magistratura pilləsində aktiv dərslərin sayının azalması, elmi tədqiqata bu qədər geniş zaman verilməsi çox müsbət addımdır. Çünki magistratura bakalavrdan fərqli olaraq, elmi ixtisas səviyyəsidir. Buna görə də əminliklə bildirirəm ki, yeni standartları tətbiq etməklə UNEC gənc tədqiqatçılara geniş imkanlar açacaq və beynəlxalq konfranslarda iştirakını asanlaşdıracaq.

– Komissiya müsabiqəyə təqdim olunan məqalələrin keyfiyyətinin yüksək olduğunu bildirdi. Belə güclü rəqabət mühitində sizin məqalənizi digərlərindən fərqləndirən üstünlüklər nədən ibarət idi?

– Bilirsiniz ki, iqtisadiyyatda artıq yeni bir dövr başlayıb və ölkənin əsas gəlir mənbəyi olan neftin qiyməti dünya bazarlarında ucuzlaşıb. Başqa sözlə desək, neft öz aktuallığını itirib. Mən də məqaləmdə milli iqtisadiyyatın qeyri-neft sektorlarının inkişafını Strateji Yol Xəritələri konteksində şərh etmişəm. Düşünürəm ki, bu yanaşma komissiyada olan UNEC professorları və ekspertlərinin diqqətini xüsusi olaraq cəlb edib.

– Sizcə, iqtisadi inkişafın rəqabətqabiliyyətliliyinin artırılması üçün hansı tədbirlərin görülməsi zəruridir?

– Rəqabətqabiliyyətliliyi artırmaq üçün rəqabətədavamlı sektorlar xüsusi olaraq inkişaf etdirilməlidir. Bunun üçün rəqabət mühitini təmin edən qanunvericilik bazası təkmilləşdirilməli, yeni standartlar tətbiq olunmalı və bir sıra ölkələrdə artıq qəbul olunan “Antiinhisar və rəqabət məcəlləsi” qəbul olunmalıdır.

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - onwin güncel giriş -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - instagram takipçi satın al - Yeraltı kablo döşeme ürünleri - Twitch view bot - tipobet - casino - Venusbet - likit - Fixbet - Starzbet - aviator oyna - ton sniper bot - omegle -

Venusbet

-

Loodgieter Den Haag

- tiktok takipçi satın al - SOL sniper bot -

onwin

-

gizli hesap görme

- pump fun sniper bot - marsbahis - grandpashabet güncel giriş - grandpashabet - grandpashabet giriş - grandpasha - grandpashabet girişi - grandpashabet resmi giriş - grandpashabet gir - grandpashabet üyelik - Grandpasha bet - porno izle - pump fun sniper bot - marsbahis - marsbahis - marsbahis - gizli hesap görme