Magistr və Doktorantların III Beynəlxalq Elmi Konfransının materialları dünya kataloquna daxil edilib

14 İYUN 2021 | VIEWS:
127

İqtisadiyyat və İdarəetmə Sahəsində Magistr və Doktorantların III Beynəlxalq Elmi Konfransının “Nizami Gəncəvi və davamlı inkişaf” xülasələr kitabı UNEC Kitabxana İnformasiya Mərkəzinə təqdim edilib.

Konfrans materialının elektron resursu ölkənin aparıcı kitabxanaları və universitet kitabxanalarına təqdim edilib, eyni zamanda dünya kataloquna (worldcat.org) daxil edilib. Konfrans materialı ilə UNEC KİM-in elektron kitabxanasında (http://library.unec.edu.az/kitabxana/6-umumi-elmler/546-nizami-g-nc-vi-v-davaml-inkisaf-xuelas-l-r-kitab) tanış ola bilərsiniz.

Xatırladaq ki, UNEC Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin təşkilatçılığı ilə keçirilən İqtisadiyyat və İdarəetmə Sahəsində Magistr və Doktorantların III Beynəlxalq Elmi Konfransı UNEC-in iyun ayının 4-7-si tarixlərində baş tutub.

*

https://news.unec.edu.az/xeber/100-elm/7576-magistr-ve-doktorantlarin-iii-beynelxalg-elmi-konfransinin-materiallari-dunya-kataloguna-daxil-edilib

128 1