Magistratura üzrə ən yüksək bal toplayan ilk üçlük UNEC-i seçib

12 İYUN 2017 | VIEWS:

Dövlət İmtahan Mərkəzinin 2017/18-ci tədris ili üçün Azərbaycan Respublikasinin ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasinin magistraturalarına qəbul imtahanlarında respublika üzrə fərqlənən tələbələr UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində (BMDM) olublar.

Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru Fariz Əhmədovla magistraturaya qəbul imtahanlarında respublika birincisi olan Yaşar Nəsibov, respublika ikincisi Cavid Əliyev və respublika üçüncüsü Turqay Şirinbəyliyə mərkəz haqqında ətraflı məlumat verərək, ixtisasların yeni beynəlxalq standartlarda hazırlanan tədris planlarını onlara təqdim edib. Mərkəzin təklif etdiyi ikili diplom, mübadilə proqramları, xarici və yerli şirkətlərdə təcrübə imkanı, xarici ölkələrdə yay və qış məktəblərində fəal iştirak imkanları tələbələrin xüsusi marağına səbəb olub.

Görüşün sonunda tələbələr mərkəzdəki təhsil və tədris üçün yaradılan şəraitdən məmnun qalaraq, təhsil almaq üçün UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzini seçəcəklərini bildiriblər.

Qeyd: Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi magistratura təhsilinin səmərəli və beynəlxalq standartlar səviyyəsində aparılması üçün 29 iyun 2015-ci ildə UNEC Elmi Şurasının qərarı ilə yaradılıb. Mərkəzdə 11 ixtisas 39 ixtisaslaşma  üzrə 4 dildə tədris aparılır.

WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno - yabancı dizi izle