UNEC ilə İsveçrənin Cenevrə şəhərində yerləşən UBİS (University of Business and International Studies) Biznes və Beynəlxalq Tədqiqatlar Universitetinin (BBTU) ikili magistr dərəcə proqramı aşağıdakı ixtisaslar üzrə həyata keçirilir.
– Biznesin idarə edilməsi üzrə magistr (BBTU MBA);
– Beynəlxalq əlaqələr üzrə magistr (MAIR);
– Bank işi və maliyyə üzrə magistr (MSBF).
UNEC-BBTU İkili Magistr Dərəcə Proqramı cəmi 15 fənn (48 ABŞ kreditinə ekvivalent), o cümlədən UBEC-də 10 fənn (30 ABŞ kreditinə ekvivalent), BBTU tərəfindən 5 fənn (15 ABŞ kreditinə ekvivalent) və 1 tədqiqat işindən (3 ABŞ kredirinə ekvivalent) ibarətdir. BBTU tərəfindən keçiriləcək beş fənnin dördü Bakıda (hər fənn 1-2 həftəlik formatda), biri isə Cenevrədə (1 həftəlik intensiv formatda) təşkil edilir.
Proqramda iştirak etmək istəyənlər UNEC-in əsas tədris binasında 416-cı otağa, proqram menecerlərinə müraciət edə bilərlər.
Qeyd edək ki, UNEC-UBİS ikili diplom proqramının növbəti məzunları proqramı uğurla başa vurub İsveçrənin UBİS universitetindən məzun olaraq, MBA diplomu ilə təltif ediliblər.