Kollecin direktoru, hüquq üzrə fəlsəfə doktoru, dosent Oruc Məmmədov Azərbaycan Respublikasının Dövlət Bayrağının 99, ilk milli Konstitusiyasının yaradılmasının isə 22 illiyi münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək, Dövlət Bayrağının inkişaf tarixi haqqında geniş məlumat verib.
UNEC-in rektorunun kollec üzrə məsləhətçisi, dosent Nuru Mikayılov Dövlət Bayrağının və Konstitusiyasının mahiyyətindən söz açıb.
Tədbirdə bir neçə fəal tələbə sertifikatla təltif edilib. Bakı şəhərində keçirilən orta ixtisas təhsil müəssisələrinin qızlar arasında XIII Respublika Spartakiadasında şahmat üzrə III yer tutan 3 tələbəyə isə “Gənclik” Tələbə İdman Cəmiyyəti Azərbaycan Respublika Şurasının diplomları təqdim olunub.
Tədbir Dövlət Bayrağına həsr edilən videoçarxın nümayişindən sonra kollecin Tələbə Gənclər Təşkilatının hazırladığı ədəbi-bədii proqramla çıxış edib.