“Marketinq” kafedrasının nəzdində fəaliyyət göstərən “Marketinq-diskusiya klubu”nun 5 dekabr saat 12:00-da növbəti seminarı keçirildi. Seminarda “Akademi Group” təhsil mərkəzinin marketinq meneceri, “telebe.az” saytının rəhbəri Mürsəl Əliyev “Uğurlu internet layihələri, intenet üzərindən biznes” mövzusunda maraqlı çıxış etdi. Təlimçi mövcud internet layihələrindən,onlardan səmərəli istifadə üsullarından geniş danışaraq, sonda tələbəri maraqlandıran suallara da cavab verdi.