Universitetin kommersiya fakültəsinin təşkilatçılığı ilə keçirilən dəyirmi masada fakültə dekanı Mirağa Əhmədov çıxış edib. Ölkəmizdə sahibkarlıq fəaliyyətinin inkişafı üçün peşəkar kadrlara ehtiyac olduğunu bildirən M.Əhmədov bu istiqamətdə görülən işlərdən danışıb.
“ANS kommers” şirkətinin satış direktoru Sabit Məmmədov görüşlərdə sahibkarların geniş şəkildə iştirakının vacibliyini bildirib. “ANS olaraq böhran vaxtı sahibkarlara, reklamverənlərə dəstək məqsədi ilə çox yaxşı şərait yaratmışıq. Bu şərtlərdən bütün reklam bazarı məlumatlıdır”.
Ekspert qrupu Azərbaycan Marketinq Cəmiyyətinin dəstəyi ilə ilk növbədə potensiallı sahələr üzrə marketinq araşdırması aparılmasını, 3 ay ərzində növbəti 1 il üçün regiondakı biznes imkanlarının təşviqi üçün marketinq plan tərtib edilməsini təklif edib.