Marketoloqlar İqtisad Universitetinə toplaşdılar

28 MAY 2016 | VIEWS:
2124

anspress.com

Azərbaycan Dövlət İqtisad Universitetində “Azərbaycanda sahibkarlıq fəaliyyətinin inkişafında marketinqin rolu” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə UNEC-in professor-müəllim heyəti ilə yanaşı “Caspian Development Bank” (CDB) ASC-nin biznesin inkişaf departamenti, “İqtisadi resursların öyrənilməsi mərkəzi”, Azərbaycan Marketinq Cəmiyyəti, “ANS kommers”, AMEA Rəyasət heyətinin innovasiya şöbəsi, Azərbaycan Elmi tədqiqat kənd təsərrüfatının iqtisadiyyatı və təşkili İnstitutu – “kənd təsərrüfatı məhsulları bazarının marketinqi” şöbəsi, bir sıra şirkətlərin rəhbər və mütəxəssis marketoloqları iştirak edib.

Universitetin kommersiya fakültəsinin təşkilatçılığı ilə keçirilən dəyirmi masada fakültə dekanı Mirağa Əhmədov çıxış edib. Ölkəmizdə sahibkarlıq fəaliyyətinin inkişafı üçün peşəkar kadrlara ehtiyac olduğunu bildirən M.Əhmədov bu istiqamətdə görülən işlərdən danışıb.

“ANS kommers” şirkətinin satış direktoru Sabit Məmmədov görüşlərdə sahibkarların geniş şəkildə iştirakının vacibliyini bildirib. “ANS olaraq böhran vaxtı sahibkarlara, reklamverənlərə dəstək məqsədi ilə çox yaxşı şərait yaratmışıq. Bu şərtlərdən bütün reklam bazarı məlumatlıdır”.

Ekspert qrupu Azərbaycan Marketinq Cəmiyyətinin dəstəyi ilə ilk növbədə potensiallı sahələr üzrə marketinq araşdırması aparılmasını, 3 ay ərzində növbəti 1 il üçün regiondakı biznes imkanlarının təşviqi üçün marketinq plan tərtib edilməsini təklif edib.

2125 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna