“McDonald’s” əlilliyi olan UNEC tələbələrinə maliyyə dəstəyi göstərib – Fotolar + Video

20 DEKABR 2021 | VIEWS:

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və “McDonald’s Azərbaycan” şirkəti arasında əməkdaşlıq çərçivəsində əlilliyi olan tələbələr üçün müsabiqə başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, müsabiqənin yekunlarına görə, şirkət tərəfindən maliyyə dəstəyi göstəriləcək namizədlər seçiliblər.

Xatırladaq ki, UNEC rektoru, professor Ədalət Muradov və “McDonald’s Azərbaycan”ın baş direktoru Oskar Boqopolskinin imzaladıqları memoranduma əsasən, tərəflər tələbələrdə müxtəlif istiqamətlərdə biliklərin inkişafı, istehsalat və könüllü praktiki proqramların təşkili, təhsil haqqının ödənilməsi, həmçinin sertifikatlaşmadan keçmə kimi məsələlərdə əməkdaşlıq edəcəklər.

UNEC-in bildirdiyinə görə, ərizə təqdim etmiş on beş tələbədən beşi bütün zəruri meyarlara cavab veriblər və müsabiqənin yekunlarına əsasən, “McDonald’s Azərbaycan” cari il üçün onların təhsil haqqını ödəyəcək.

Qeyd edək ki, sözügedən təşəbbüs UNEC və “McDonald’s Azərbaycan” arasında uzunmüddətli məhsuldar əməkdaşlığın başlanğıcıdır.

Sosial məsuliyyət “McDonald’s”ın korporativ siyasətinin vacib hissəsidir və UNEC-lə əməkdaşlıq bu istiqamətdə şirkətin fəaliyyətinin sərhədlərini genişləndirib. Sosial çətinliklərlə üzləşən tələbələrə yardımın göstərilməsi yalnız maddi dəstək deyil, həm də onlarda özlərinə və gələcəyə inamı qorumağa yardım edir.

*

https://news.unec.edu.az/xeber/105-telebe/8246-bold-red-mcdonald-s-elilliyi-olan-unec-telebelerine-maliyye-desteyi-gosterib-fotolar-video-bold-red

Mersin eskort - buy tiktok followers - takipcimx - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - onwin güncel giriş -

anlaşmalı boşanma

- toscanello satın al - instagram takipçi satın al - Yeraltı kablo döşeme ürünleri - tipobet - casino - likit - Fixbet - Starzbet - tiktok takipçi satın al -

onwin

- vip transfer antalya - matadorbet - onwin - onwin - iptv anbieter - postegro giriş - casino siteleri - ucuz uz - Free twitch viewers - vozol