4 saat davam edən proqram çərçivəsində McKinsey şirkətinin məsləhətçiləri (consultant) ISE tələbələrinə MBA, magistr proqramları, karyera seçimləri, iş müsahibəsinə hazırlıq mövzularında mentorluq ediblər. “Birə-bir mentorluq” formatında təşkil olunan görüşdə hər tələbəyə 30 dəqiqə vaxt müəyyən edilərək, şirkətin məsləhətçiləri tərəfindən onları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb və tövsiyələr verilib. Müsahibədə 65 nəfər ISE tələbəsi iştirak edib.
Sevindirici haldır ki, görüşlərin təşkilində hazırda Mckinsey & Company şirkətində çalışan ISE-nin məzunları da iştirak edir.
Qeyd edək ki, 2022-ci ildən etibarən McKinsey & Company tərəfindən ISE tələbələri üçün müxtəlif formatlarda görüşlər təşkil olunur.