Aydan Melikzade

f.d.Məlikzadə Aydan 

Email: aydanmalikzadeh@gmail.com
aydanmalikzadeh90@yahoo.com

İş yeri və vəzifəsiUnEC, Xarici dillər kafedrası, Baş müəllim

Təhsili

BakalavrADU, İngilis dili müəllimliyi, fərqlənmə diplomu (TEFL)

MagistrADU, Dilşünaslıq, fərqlənmə diplomu

Fəlsəfə doktoruADU, İngilis Dilinin Qrammatikası Kafedrasının dissertantı

25 iyun 1990-cı ildə Bakı şəhərində anadan olmuşdur.

2006-ci ildə Yasamal rayon 158 saylı orta məktəbi tərifnamə ilə bitirdikdən sonra Azərbaycan Dillər Universitetinin İngilis dili fakültəsinə daxil olmuş, 2010-cu ildə universitetdən fakültənin ən yüksək GPA-li tələbəsi olaraq məzun olmuşdur. Həmən il Azərbaycan Dillər Universitetinin Dilşünaslıq fakültəsinə daxil olmuş və magistr təhsilinə başlamışdır.

Magistraturada təhsil alarkən yüksək akademik göstəricilərinə görə ona istisna hal olaraq universitetin İngilis Dilinin Qrammatikası kafedrasında saathesabı müəllim kimi iş təklif olunmuş, 2010-cu ildən orada işə başlamış və növbəti illərdə baş müəllim vəzifəsinə qədər yüksəlmişdi.

2013-cü ildə magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirib. 2014-cü ildə Filologiya üzrə fəlsəfə doktoru proqramı üzrə dissertanturaya daxil olmuşdur.

*****

2010-2013-cü illər BP Sənqəçal Terminalı Təhlükəsizlik Departamentində, 2013- 2015- ci illər ərzində BP şirkətinin İngilis dilinin tədrisi üzrə tenderi qazanmış ELS və LSD kimi şirkətlərdə İngilis dilini tədris etmişdir.

2014-cü ildən Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən yaradılmış SABAH layihəsinə seçilmiş, ADU-nun Pedaqoji və Tərcümə fakültəsində, BDU-nun fizika fakültəsində İngilis dili üzrə müxtəlif nəzəri və praktik fənnləri tədris etmişdir.

2016-ci ildə İELTS imtahanı verərək ən yüksən 9 baldan 8.5 bal toplamışdır.

TKT Modul 2 və 3 imtahanlarının hər ikisindən ən yüksək 4 baldan 3 balı toplamışdır.  2016-ci ildə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası tərəfindən “İlin ən yaxşı gənc müəllimi” seçilmişdir.

Çoxsaylı yerli və beynəlxalq təlimlərdə həm təlimçi, həm də tərcüməçi kimi çıxış etmişdir. Məqalələrindən 7-si AAK tərəfindən tövsiyə edilən yerli jurnallarda, 2-si isə İngiltərədə və Ukraynada nəşr olunmuşdur.  Müxtəlif illərdə 3 beynəlxalq konfransda məruzəçi qismində iştirak etmişdir.

2021-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Xarici Dillər Kafedrasının baş müəllimi kimi Beynəlxalq İqtisadiyyat və SABAH fakültələrində İngilis dilini tədris edir.

Ailəlidir və 2 övladı var.

ELMİ ƏSƏRLƏRİN SİYAHISI

WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser