i.f.d. Məmmədova Leyla Vaqif qızı
Məmmədova Leyla Vaqif qızı 19 may 1978-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin «Əmtəəşünaslıq» fakultəsini bakalavr pilləsini fərqlənmə diplomu ilə, 2002-ci ildə həmin fakultəni magistratira pilləsini bitirmişdir.
2014-cü ildə 5303.01 “Mühasibat uçotu” ixtisası üzrə namisədlik dissertasiyasıni müdafiə etmişdir və iqtisad üzrə fəlsəfə doktoru adına layiq görülmüşdür.
2002-2015 illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadi təhlil və audit” kafedrasında laborant vəzifəsində, 2016-ci ildən “Beynəlxalq iqtisadiyyat” (igilis dilində) kafedrasında baş laborant, 2016-cı ilin sentyabırından Rus iqtisad məktəbində mütəxəssis vəzifəsində işləmişdir.
2018-ci ildən Rus iqtisad məktəbinin “İqtisadiyyat” kafedrasında müəllim vəzifəsində işləyir.
20-dən artıq elmi əsərin müəllifidir.
Ailəlidir. 2 övladı var.