19.07.1972-ci ildə Bakı şəhərində anadan olub.
1995-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunu “Xalq təsərrüfatının planlaşdırılması” ixtisası üzrə bitirib.
Əmək fəaliyyəti 1989-cu ildən Bakı Pambıq Fabrikində Plan şöbəsinin baş mütəxəssisi kimi başlayıb.
1999-cu ildən ADİU-nun “İqtisadiyyatın tənzimlənməsi” kafedrasında baş laborant vəzifəsində çalışıb.
**
2001-ci ildən 2017-ci ilədək kafedrada saathesabı olmaq şərti ilə dərslər aparıb.
25 məqalə və tezisin (onlardan 3-ü xaricdə olmaq şərti ilə) müəllifidir. Elmi konfranslarda bir neçə cıxışı var.
Hal-hazırda (17.01.2022-ci ildən) Təcrübənin təşkili şöbəsinin mütəxəssisi vəzifəsini icra edir.
Ailəlidir. 1 övladı var.