[email protected]
[email protected]
1980-ci ildə Qərbi Azərbaycanın Masis rayonunda anadan olmuşdur.
1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Kommersiya” fakültəsində “Marketinq” ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir.
2003-2006-cı illərdə adı çəkilən Universitetin “Magistratura” pilləsində MBA proqramı üzrə “Marketinq” ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir.
2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Marketinq” kafedrasında 0,5 ştat laborant kimi fəaliyyətə başlayıb.
2005-2015-ci illərdə sözügedən Universitetin “Marketinq” kafedrasında “Marketinqin əsasları”, “Logistikanın əsasları”, “Bazar infrastrukturu””, Turizm marketinqi”, “Xidmət marketinqi” fənnləri üzrə saat hesabı qaydada mühazirə və seminar dərsləri aparmışdır.
2008-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun dissertantı olmuşdur.
2018-ci ildə “Müəssisələrdə marketinq fəaliyyətinin idarə edilməsinin təşkilati-iqtisadi mexanizmi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. İqtisad üzrə fəlsəfə doktorudur.
3 dərs vəsaitinin (kollektiv yazılmış) və 30-dan çox elmi məqalənin müəllifidir.
Bu elmi məqalələr müxtəlif elmi məcmuələrdə, o cümlədən Tambov, Novosibirsk, Lipeçk, Tacikistan, Polşa, Xarkov və Azərbaycanda keçirilmiş beynəlxalq elmi-nəzəri konfrans materiallarında çap olunub.
Hal-hazırda UNEC-in “Biznesin idarə edilməsi” kafedrasında müəllim kimi fəaliyyətini davam etdirir.
Ailəlidir, 2 övladı var.
***
https://www.youtube.com/watch?v=HjsB1ZqnYyo
UNEC müəllimlərinə beynəlxalq sertifikatlar təqdim olundu (09.03.2022)