Mərkəz rəhbəri: “Qiyabi təhsil alan tələbələri universitetin sosial həyatına inteqrasiyasını təmin etməliyik”-Müsahibə

19 MAY 2016 | VIEWS:

sabuhi22Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Distant, qiyabi və əlavə təhsil mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev ilə müsahibə:

– Səbuhi müəllim, bir aya yaxındır ki, Distant, qiyabi və əlavə təhsil mərkəzinə direktor təyin olunmusunuz. Mərkəzin fəaliyyətini necə qiymətləndirirsiniz?

– Bildiyimiz kimi, son illərdə respublikamızın təhsil sistemində genişmiqyaslı və müxtəlif istiqamətli islahatlar reallaşdırılmaqdadır ki,  UNEC-də də tədris prosesinin müasirləşdirilməsi və yeni şəraitin tələblərinə uyğun şəkildə formalaşdırılması məqsədilə həyata keçirilən  böyük islahatlar proqramı məhz  bu tədbirlərin tərkib hissəsi kimi dəyərləndirilir. Ədalət müəllimin rektor təyinatından dərhal sonra atdığı addımlardan biri də məhz Distant, qiyabi və əlavə təhsil mərkəzinin yaradılması olmuşdur. Artıq mərkəzin  qurulmasından iki il keçir və bu müddət ərzində böyük işlər görülüb. Xüsusi ilə qiyabi əsaslarla təhsilin vəziyyətindəki dəyişiklikləri vurğulamaq istərdim. Bütün bunlar da mərkəzə rəhbərlik etmiş Gəray Musayevin və onun komandasının uğurudur. Qiyabi təhsildə tələbələrin dərsə gəlməsi, dərslərin əyani təhsildə olduğu kimi, tədris prosesinin qaydaları çərçivəsində keçirilməsi o uğurun tərkib hissəsidir. Bu baxımdan, bir daha vurğulayım ki, tədrisin təşkili istiqamətində xeyli işlər görülüb və bizim də borcumuz işi təhvil aldığımız yerdən inkişaf etdirməkdir.

– Mərkəzin prioritetlərini açıqlamağınızı xahiş edirəm.

– Mərkəzimizdə qiyabi təhsillə bağlı görmək istədiyim işləri iki əsas istiqamət üzrə qruplaşdırmaq olar. Birincisi qiyabi əsaslarla tədris prosesində dərslərin keyfiyyətini yüksəltməkdir. İkincisi isə qiyabidə təhsil alan tələbələrin tələbə həyatı yaşaya bilmələri, onların sosiallaşması, univesitetin ictimai həyatında aktiv iştiraklarının tərəfimizdən təmin edilə bilməsi olacaqdır. Qiyabi əsaslarla tədrisin təşkili vəziyyəti məni qane edir, bu iş qurulub, indi isə mərkəzdə qiyabi təhsilin keyfiyyətinin artırılması istiqamətində irəliləyişlər əldə etməliyik. İndi düşünürəm ki, auditoriyalarda tədrisin keyfiyyətini necə artıra bilərik. Hesab edirəm ki, tələbənin qiyabi şöbədə alacağı təhsil, əyani şöbədəki tələbələr üçün həyata keçirilən tədrisdən fərqli və zəif olmamalı, hətta daha üstün olmalıdır. Çünki qiyabi təhsildə tədris dövrü qısadır, tələbələr də o qısa müddətdə daha dolğun, müasir, kreativ, elm və bilik tutumlu bir tədris metodları ilə tanış olmalı, ümumilikdə desək, daha keyfiyyətli tədris mühitində təhsil almalıdırlar. Bunun üçün fikirləşdiyim müəyyən istiqamətlər var.

– Bu istiqamətləri açıqlaya bilərsiniz?

– Bilirsiniz ki, universitetimizdə “Özünüqiymətləndirmə və Keyfiyyətin Yüksəldilməsi” şurası fəaliyyət göstərir. Şura daxilində gənc və perspektivli müəllimlərimizdən ibarət “Keyfiyyət elçiləri” fəaliyyət göstərir ki, mən də həmin komandadayam. Bir keyfiyyət elçisi kimi müşahidələrimə əsasən əminliklə deyə bilərəm ki, bu yanaşma tədrisin səviyyəsinə ciddi təsir göstərib. Artıq müəllimlərmüəyyən məsuliyyət duyaraq və dərslərdə keyfiyyət elçilərinin monitorinqini nəzərə alaraq tədris prosesinə daha ciddi yanaşır, dərslərə daha hazırlıqlı vəziyyətdə gəlirlər. İndi həmin metodu qiyabi təhsilə də tətbiq etmək istəyirəm. Bu mənim istəyimdir. Amma necə reallaşdıracağıq, bu sonrakı məsələdir. Öz fənnini keyfiyyətli tədris etmək, tələbələrin fənn üzrə yüksək keyfiyyətli biliyə malik olması, tələbələrdə öyrənməyə motivasiyanın artırılması müəllimin ən vacib vəzifələrindən biridir. Yəni bu işin təməlində yaxşı müəllim dayanır. Unutmayaq ki, yüksək mənəvi və vətəndaşlıq dəyərlərinə və keyfiyyətlərinə malik, məsuliyyətli və öz ixtisas sahəsində peşəkar olacaq bir tələbə yetişdirmək üçün ilk növbədə ona tədrisi aparacaq müəllim özü bu keyfiyyətlərə malik olmalıdır.

– Dayanıqlı bina inşa etmək üçün sütunların möhkəm olmalıdır. Təhsildə isə sütun rolunu müəllim oynayır.

– Tamamilə razıyam! Əsas sütun müəllimdir. Bütün universitet o sütunun üzərində qurulur və sütün nə qədər möhkəm olarsa, universitet o qədər əzəmətli olacaq. Fərq etməz, əyani, ya qiyabi təhsil, hər ikisində aparıcı qüvvə müəllimdir. Buna görə də, biz müəllimlərlə ciddi işləməliyik. Müəllim istənilən yaşda rəqabətqabiliyyətli olmalıdır. Bunun üçün də daima inkişaf etməlidir ki, fikrimcə, bu da ən vacib məsələlərdən biridir. Müəllim yaxşı tədqiqatçı, ixtisasının güclü mütəxəssisi, obyektiv və ədalətli, güclü motivator və yenilikçi, nəhayət humanist və sosial aktiv vətəndaş olmalıdır. Prioritetlərimizi belə sıralaya bilərik ki, əgər biz müəllimlərimizin peşkarlıq səviyyəsini yüksəldə bilsək, nəticədə elə tədris prosesinin vətəhsilin keyfiyyətinin yüksəlməsinə nail olacağıq.

– Qiyabi təhsillə əyani təhsilin bir fərqi də var ki, tələbə universitetdən uzaq olur, demək olar ki, tələbə həyatı yaşamır. Belə olduğu halda, onların sosiallaşmasını təmin etmək çətin olmayacaq?

– Haqlısınız, hətta belə bir stereotip də var, amma indi biz bu stereotipu dağıtmaq üçün nə edə bilərik, onun üzərində düşünürük.  Bir az öncə də qeyd etdim, qarşımızda dayanan ən vacib məsələlərdən biri qiyabi tələbələrinin elmi, ictimai və sosial fəaliyyətlərinin aktivləşdirilməsidir. Tələbə həyatı yaşamaq, sosiallaşmaq onların haqqıdır və bunu təmin etmək də universitetin və bizlərin borcudur. Bu problemin aradan qaldırılması üçün, müəyyən planlarımız var. Məsələn, tez bir zamanda Tələbə Elmi Cəmiyyətinin mərkəz üzrə özəyini yaradıb, elmi potensialı yüksək və elmi araşdırmalara maraqlı olan tələbələrimizi müəyyənləşdirib cəlb etmək və TEC-in aktiv fəaliyyətini qurmaq fikrindəyik. Həmçinin, qiyabi əsaslarla təhsil alan tələbələrimizi aktiv olaraq təlimlərə cəlb etməyi düşünürəm və artıq iyun ayında bunun reallaşdırılması üçün tədbirlər planı hazırlamışıq, cəmiyyətdə öz layiqli yerini tapmış məzunlarımızdan və öz sahəsində peşəkar olan dostlarımdan, həmçinin müəllim həmkarlarımdan bu istiqamətdə dəstək də əldə etmişəm, bir neçə təlimi də özüm keçəcəyəm. Yaxın dövrlərdə bankçılıq, sığorta işi, turizm, marketinq, iqtisadi hüquq və digər sahələrdə silsilə təlimlərə hazırlaşırıq. Düşünürəm ki, qiyabi təhsil alan gənc tələbələrimizin bu cür təlimlərə olduqca böyük ehtiyacı vardır və onların gələcəkdə təhsil və iş həyatlarında düzgün istiqamətlənməyə və rasional qərarlar vermə imkanlarının formalaşmasında bu təlimlərin faydası böyük olacaqdır.  Fikrimcə qiyabi təhsil alan tələbələrimizi tələbə həyatının şirinliklərini yaşamaları üçün bəzi işlər görməliyik, onların universitetimizin sosial həyatına inteqrasiyasını təmin etməliyik, qiyabiçi tələbələrimiz əyani tələbələrə qarışaraq tədbirlərdə, universitetin həyatında aktiv iştirak etməlidirlər. Eyni zamanda tələbələrimiz üçün intellektual yarışların və oyunların, sosial məkanlara səfərlərin, istirahətlərinin maraqlı keçirilməsinin təşkil edilməsi ilə bağlı digər tədbirləri düşünürük. Bütün bunlar tələbələrimizim özləri üçün də olduqca maraqlı olacaqdır.

– İki ilə yaxın İqtisadiyyat və sənaye fakültəsində dekan müavini vəzifəsində çalışmısınız. Artıq tələbələrlə iş sahəsində özünüzəməxsus hər hansı bir üslubunuz, iş metodunuz var. Distant, qiyabi və əlavə təhsil mərkəzində bu təcrübələrdən xüsusi olaraq hansıları tətbiq edəcəksiniz?

– Birinci növbədə sosial şəbəkələr vasitəsi ilə tələbələrlə birbaşa əlaqəni təmin etməyi düşünürəm. Bu üsul ilk əvvəl hörmətli rektorumuz tərəfindən çox uğurla sınaqdan keçirildi və olduqca gözəl nəticə verdi. Dediyiniz kimi, 2014-cü ildən dekan müavini çalışdığım İqtisadiyyat və sənaye fakültəsində də mənim nəzarətimdə olan kursların idarəedilməsi və tələbələrin problemlərinin həll edilməsində bu metod çox yaxşı səmərəsini verib. Mərkəzin özünün aktiv Facebook səhifəsi fəaliyyət göstərir və tələbələrimiz mərkəzimizin fəaliyyətində baş verən proseslər və tədrisdəki yeniliklərlə bağlı mütəmadi olaraq məlumatlandırılır, hər gün ünvanlanan onlarla suallar cavablandırılır.

Düşünürəm ki, mərkəz rəhbəri kimi tələbələrə maksimum yaxın və əlçatan olmalıyam. Tələbələrin sorğularının zamanında cavablanması və qarşılanması, problemlərinin dərhal həlli prioritet vəzifəmizdir. Bunu hörmətli rektorumuz mənim mərkəzə direktor kimi təqdimatımda da xüsusi vurğuladı. Bir şeyi unutmayaq ki, bizim bütün fəaliyyətimiz tələbələrimizlə bağlıdır, biz onlar üçün xidmət göstəririk, biz tələbələrimiz var deyə burada varıq.

Tələbələrin ən çox istədiyi və arzuladığı məsələlərdən biri onların rəhbərlik tərəfindən dinlənilməsi, problemlərini söyləmək üçün şəraitin yaradılmasıdır. Mən dekan müavini kimi tələbələrimin ən kiçik probleminə belə diqqət ayırmağa, edə biləcəyim bütün köməyi etməyə çalışırdım. Tələbələri fərdi dinləmək lazımdır. Tələbəyə hər hansı köməyi göstərə bilməsən belə, səlahiyyətin və gücün xaricində olsa da belə onu səbrlə dinləmək, onun dərdinə şərik olmaq olduqca vacibdir. Tələbənin çözülməz problemini rəhbərlikdə olan şəxsin çözmək üçün etdiyi səmimi cəhdlər tələbə tərəfindən olduqca yüksək qiymətləndirilir.

– UNEC Elmi Şurasının sonuncu iclasında Distant, qiyabi və əlavə təhsil mərkəzinin strukturuna dəyişiklik edildi. Əlavə təhsil şöbəsi qurumdan ayrılaraq, Əlavə Təhsil Mərkəzi, eyni zamanda Distant və Qiyabi Təhsil Mərkəzləri yaradıldı. İndi sizin görəcəyiniz işlər əsasən distant və qiyabi təhsil sahəsindədir…

– Bəli. Bizim mərkəz distant və qiyabi təhsillə məşğul olacaq. Distant təhsilin bazası hələ tam qurulmayıb, biz o prosesə keçid edəcəyik. Düşünürəm ki, gələcəkdə qiyabi təhsil öz yerini distant təhsilə verəcək. Bunun dünyada çox güclü bazası var. Bu sahədə Qərb ölkələrinin təcrübəsini araşdıranda məlum olur ki, bizə çox yaxın olan Türkiyə universitetləri, eləcə də Avropa və ABŞ universitetlərindədistant təhsil alan tələbələrin sayı əyani əsaslarla təhsil alan tələbələrin sayından dən heç də geri qalmır, hətta bu sahə üzrə ixtisaslaşan universitetlər fəaliyyət göstərir ki, bu fəaliyyətin nəticəsi kimi də həmin universitetlər distant təhsilin inkişafı sayəsində böyük vəsaitlər əldə edirlər. Bu metodu biz UNEC-də çox rahatlıqla reallaşdıra bilərik, çünki bizdə distant təhsilin bazası kimi, xüsusilə texniki təminatla bağlı qurulmalı olacaq bir sıra işlər artıq görülüb. Beləki,vahid elektron idarəetmə platforması olan “Elektron Universitet” modelinin və EDUMAN sisteminin istifadəyə verilməsi, eləcə də tədris prosesində  müasir texnologiyaların tətbiqi sahəsində həyata keçirilən digər yeniliklər bütün tədris prosesinin elektronlaşdırılmasını təmin etməklə biz gələcəkdə UNEC-də distant təhsilin qurulması istiqamətində işlərimizə böyük texnoloji dəstəyin indidən qurulmasını təmin etmişik deməkdir və ümümiyyətlə bildirmək istərdim ki, bu gün UNEC-də müasir tələblərə cavab verən informasiya və kommunikasiya texnologiyalarının tətbiqi ən yüksək səviyyədə reallaşdırılmaqdadır.

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - onwin güncel giriş -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - instagram takipçi satın al - Yeraltı kablo döşeme ürünleri - Twitch view bot - tipobet - casino - Venusbet - likit - Vbet - Fixbet - Starzbet - onwin - Betosfer -

starzbet

- aviator oyna - ton sniper bot - omegle -

Venusbet

-

Loodgieter Den Haag

-

sahabet

- onwin güncel giriş - tiktok takipçi satın al - SOL sniper bot -

onwin

-

onwin

-

gizli hesap görme

- pump fun sniper bot - marsbahis - grandpashabet güncel giriş - grandpashabet - grandpashabet giriş - grandpasha - grandpashabet girişi - grandpashabet resmi giriş - grandpashabet gir - grandpashabet üyelik - Grandpasha bet - porno izle