“Milli qurtuluş günü xalqımızın şərəf tarixidir”

UNEC-in Zaqatala filialında 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan “Milli qurtuluş günü xalqımızın şərəf tarixidir” mövzusunda elmi-praktik konfrans keçirilib.

Filialın Ümumi fənlər kafedrasının müdiri, dosent Həqiqət Qədimova müstəqil Azərbaycanın çətin vaxtlarında, dövlətçiliyimizin ağır günlərində Ulu öndər Heydər Əliyevin əzm və qətiyyəti dövlətçiliyimizi parçalanıb yox olmaq təhlükəsindən qurtarıb. Hüquqi dövlət quruculuğu, ölkənin iqtisadi və sosial inkişafı, Azərbaycanda mülki cəmiyyətin qurulması, milli təhlükəsizlik və xarici siyasət problemlərinin həlli, milli-mənəvi inkişaf istiqamətində görülən ardıcıl işlər bütövlükdə müstəqil və milli dövlətçilik amalının praktiki baxımından bərqərar olması Ümimmilli lider Heydər Əliyevin siyasi nailiyyətidir.

*

*

Daha sonra UNEC Zaqatala filialın müəllimləri dosent Q.N.Qırtımov “Müstəqilliyimizin baş memarı” və dosent C.C.Arıxov “Qurtuluş günü bizim şanlı tariximizdir” adlı məruzələrlə çıxış ediblər. Natiqlər ölkədə baş verən hadisələri bir daha xatırladaraq, görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü il iyunun 15-də xalqın təkidi ilə Azərbaycanda hakimiyyətə qayıdışının tarixi əhəmiyyətindən danışıblar.

Qeyd edilib ki, müstəqil Azərbaycan Respublikası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir, gündən-günə çiçəklənir, qabaqcıl dünya dövlətləri sırasında öz yerini daha da möhkəmləndirir. Bu gün dahi şəxsiyyətin layiqli siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan özünün inkişaf və intibah dövrünü yaşayır.

Tədbirin sonunda 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan film nümayiş etdirilib.