Müasir kitabxanalarda informasiya xidməti

27 APREL 2017 | VIEWS:

“İqtisadiyyat” qəzeti

Ulu öndər Heydər Əliyev kitabxanalara xüsusi diqqət və qayğı göstərərək demişdir: “Kitabxana, xalq, millət, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanalara daim hörmət, xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir.”

Prezident İlham Əliyev 2007-ci il Aprelin 21-də “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılomasına, maddi-texniki bazasının möhkəmləndirilməsinə, müasir informasiya texnologiyaları ilə təhcizatına dair” sərəncam imzalamışdır. Bu bir daha kitabxanaların dövlət qayğısı ilə əhatə olunduğunu göstərir. Hər hansı bir tələbatla əlaqədar olaraq məlumat əldə etmək üçün münasib şəraiti olan kitabxana mühitinin olması vacibdir.

Müasir dövrdə oxucuların intellektual ehtiyacı ümumbəşəri problemlər üzrə baş verir. Buna görə də müasir kitabxanalar xidmət prosesini həm abonoment, həm də oxu zallarının köməyi ilə həyata keçirərkən yalnız oxucuların konkret sorğularını ödəməklə kifayətlənməməli, həm də onları cəmiyyətdə baş verən yeniliklərıə maraqlanmağa istiqamətləndirməlidirlər.

Hələ XX əsrin 90-cı ilıərinin əvvəllərindən informasiya cəmiyyətinin formalaşması konsepsiyası meydana çıxsa da, yalnız 2003-cü ilin Dekabrında BMT və YUNESKO-nun Cenevrədə keçirilən İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti Üçüncü minilliyin əsas vəzifəsini-informasiya cəmiyyəti qurulması vəzifəsini bəşəriyyətin inkişafının mühüm şərti kimi vurğuladı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin Sammitdə çıxış edərək ölkəmizdə informasiya və kommunikasiya texnologiyalarının gündəlik həyatımızın tərkib hissəsinə çevrildiyini, mütəxəssislərin informasiya və kompyuter texnologiyaları üzrə müxtəlif layihələri həyata keçirdiklərini bildirmişdir. Bu gün informasiya və kommunikasiya texnologiyaları istimai – siyasi, sosial-iqtisadi, mədəni sahələri əhatə edərək cəmiyyətin inkişafına güclü təsir göstərən əsas amillərdən birinə çevrilmişdir.

Kitabxanalarımızın modernləşmə prosesinin sürətləndirilməsi, məlumat baza bankının yaradılması, texniki resursların artırılması, beynəlxalq elektron sisteminə keçid, müasir şəraitdə ölkəmizin kitabxana sistemində oxuculara yeni xidmət növü – “İnformasiya xidməti” növünü yaratmışdır ki, məhz bu da kitabxana xidmətinin əsas mahiyyətini özündə birləşdirən, onların üzərində yüksələn, müasir tələblərə cavab verə bilən bir xidmət növü kimi səslənsə də, o məzmunca” kitabxana xidmətinin” davamıdır.

İnformasiya xidməti oxucuların informasiya tələbatına tam cavab verə bilən müasir informasiya texnologiyalarının tətbiqi və ondan istifadəyə əsaslanan, internet vasitəsilə dünya müstəvisinə çıxan, elektron vasitələrin köməyi ilə oxucuların qarşısında böyük informasiya məkanı yaradan, bəşəri biliklər xəzinəsi, virtual kitabxanaların köməyi ilə oxucuların malına çevrilə bilən xidmət növüdür.

İnformasiya xidməti oxucuların informasiya tələbatını ödəməyə yönəlmiş fəaliyyət sahəsidir.

Müasir kitabxanalarda informasiya xidməti bir sıra oxucu qrupları ilə işdə ən üstün istiqamət hesab olunur və oxucu sorğularının mürəkkəbliyi baxımından daim genişlənir. İnformasiya xidməti zamanı oxucuları məlumatlandırmaq əsas məsələdir ki, bu da kitabxanaçılardan yüksək peşə biliyi tələb edir.

Müasir kitabxanalarımızın informasiya-texnologiyaları ilə təmin edilməsi sahəsində dövlət xeyli tədbirlər görür. Kitabxanaların internet şəbəkəsinə qoşulması, oxucular üçün ümumaçıq informasiya məkanının formalaşması, xidmət prosesində elektron sənədləri və kataloqları, elektron poçtu, CD ROM və s. informasiya texnologiyasının tətbiqini təmin edən tədbirlər həyata keçirir. Kitabxanalarda xidmət işi ilə informatikanın qarşılıqlı elmi əlaqələrinin zənginləşməsinə şərait yaradır.

Müasir kitabxanalarda informasiyalaşdırılmış cəmiyyətdə biblioqrafik yazıların maşınla oxunan MARC formatına əsaslanan Avtomatlaşdırılmış Kitabxaqna – İnformasiya Sisteminin yaradılması mümkün olmuşdur. Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemlərinin yaradılması kitabxanaçı əməyinin, xidmət prosesinin avtomatlaşdırılmasına, qısa zaman ərzində məlumatlanmağa, informasiyanın çoxcəhətli axtarışına, oxucu sorğularının on-line yerinə yetirilməsinə, ədəbiyyatların oxucu tələbatlarına uyğun komplektləşdirilməsinə, kitabxana hesabatının, planlarının, statistikanın uçotunun aparılmasına elektron nəzarəti artırır.

İnformasiyalaşdırılmış cəmiyyətdə oxucu sorğularının ödənilməsi sahəsində həm ənənəvi, həm də elektron texnolgiya xidmətindən qarşılıqlı şəkildə istifadə edilir.

Onu da qeyd etməliyəm ki, mən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)-in kitabxanasının oxu zalında kitabxana üçün ən səviyyəli proqram olan Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemi (AKİS), İRBİS-64 proqramı vasitəsilə beş min addan çox kitabların dörd dildə (Azərbaycan, Rus, İngilis və Türk dillərində) elektron kataloqunu yaratmışam və yeni kitablar gəldikcə bu iş davam etdirilir. Bu ədəbiyyatları tipinə, növünə, mövzusuna, xronoloji və digər prinsiplərinə görə kompyuterə daxil etmişik.

İRBİS-64 (AKİS)-proqramı vasitəsilə oxuculara həm kitabxananın özünün lokal şəbəkə vasitəsilə, həm də kitabxanaya gəlmədən də Web səhifəmiz vasitəsilə onun fondu ilə tanış olmaq imkanı yaradır. Bu sistem oxucuların müxtəlif aspektli sorğularını hərtərəfli təmin etmək üçün geniş axtarış imkanına malikdir.

Müasir şəraitdə kitabxanalarda oxuculara yüksək xidməti təşkil etmək üçün sərf edilən vaxtı minimuma endirmək lazımdır. Ənənəvi kitabxanalarda oxucu ədəbiyyatı sifariş etmək üçün kataloq qarşısında xeyli vaxt sərf etməlidir. Elektron kataloq isə oxuculara lazım olan ədəbiyyatın qısa müddətdə kitabxanada olması haqqında dəqiq məlumat əldə etməsini təmin edir. Elektron kataloq ədəbiyyat fondu haqqında oxuculara çox səviyyəli axtarış imkanları təklif edir. Digər tərəfdən isə oxucu elektron kataloq vasitəsiolə uzaq məsafədən ədəbiyyatları axtarıb, sifariş verə bilər.

Müasir oxucular ən operativ informasiyanı əldə etmək üçün internetdən istifadəni əvəzsiz sayırlar. Belə oxucuların marağını elektron kitabxanalar daha çox təmin edir.

Elektron kitabxanalar informasiyalaşdırılmış cəmiyyət quruculuğunun sosial sifarişidir. Elektron kitabxanalar oxuculara informasiya xidmətinin kompyuterləşdirilməsinin nəticəsi olub, ənənəvi kitabxanalara alternativ bir qurum deyil, yalnız bir xidmət növüdür.

Elektron kitabxanalar müasir Web texnologiyası əsasında fəaliyyət göstərir. Web texnologiya lokal və uzaqda yerləşmiş informasiya ehtiyatlarının inteqrasiyasını təmin edir. Axtarış və naviqasiya vasitələri onun əsas elementləridir. Məhz onun sayəsində müasir kitabxanalarda oxucular kitabxanaların informasiya ehtiyatlarından istifadə edir. Axtarış aparatı oxucu sorğusu əsasında informasiya ehtiyatının metaverilənlər bazasında axtarış aparmağı təmin edən xüsusi moduldan ibarətdir.

Naviqasiya elementləri isə konkret sənədə istinadı təmin edən hiperistinad siyahısından ibarətdir.

Elektron kitabxanalardan istifadə etmək üçün oxucuda internetə qoşulmuş kompyuter və internetin WWW, FTP xidmətindən istifadə vərdişi olmalıdır. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) elektron kitabxanası və oxu zalımız müasir tələblərə cavab verən kompyuter avadanlıqları ilı təchiz edilmiş, avtomatlaşdırılmışdır. Bu da internet vasitəsilə başqa kitabxanalara yol açıb, əlaqə yaranmasına imkan verir.

 

Lətafət Məhərrəmova
Azərbaycan Dövlət İqtisad Universitetinin  (UNEC) kitabxanaçısı

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Türk sohbet - Omegle - Twitch view bot - Betnano - buy gopro - tipobet - matadorbet - casino