Mübadilə proqramları

UNEC tələbələrə aşağıdakı istiqamətlər üzrə xaricdə təhsil almaq imkanları təklif edir:

– Non-erasmus mübadilə proqramları

– “Erasmus+” beynəlxalq mübadilə proqramları

– “Mevlana” beynəlxalq mübadilə proqramları

 

Non-erasmus proqramının əsas şərtləri:

– xarici universitetə təhsil haqqı ödənilmir;

– tələbə yalnız yol və yaşayış xərclərini ödəyirr;

– bir və ya iki semestr təhsil almaq imkanı təklif olunur;

– yerlər üzrə müsabiqə keçirilmir;

– tələbələrin orta balı (ÜÖMG) 70-dən yuxarı olmalıdır;

– təhsil verilən xarici dildə sərbəst danlşıq qabiliyyəti (ingilis, fransız və ya alman);

– yalnız I, II və III kurslarda təhsil alan tələbələr iştirak edə bilər.

Non-eramsus mübadilə proqramı çərçivəsində tələbələr aşağıdakı universitetlərdə oxumaq üçün müraciət edə bilərlər:

  • Fransanın Montpellier Universiteti
  • Almaniyanın Siegen Universiteti
  • Litvanın Mikolos Romeris Universiteti
  • Koreyanın Solbridge Beynəlxalq Biznes Məktəbi

 

Non-eramsus mübadilə proqramında iştirakla bağlı müraciət tarixləri aşağıdakı kimidir:

Payız semestri üçün son müraciət tarixi – 1 aprel Yaz semestri üçün son müraciət tarixi – 1 noyabr

Tələb olunan sənədlər:

  • Transkript
  • CV (Azərbaycan və ingilis dillərində)
  • Pasport və ya şəxsiyyət vəsiqəsi

“Erasmus+” mübadilə proqramı çərçivəsində Avropa ölkələrinin ali təhsil müəssisələrində bir semestrlik təqaüdlü təhsil almaq imkanı yaradılır. Tələbə təklif olunan yerlər üzrə müvafiq şərtlərə cavab verərsə təklif olunan ölkə və universitetlərdən seçim edərək müsabiqədə iştirak edə bilər.

“Erasmus+” proqramının qalibləri təhsil pilləsində bu proqramda yalnız bir dəfə iştirak edə bilər.

Universitetlərin siyahısı və universitetlər üzrə yerlər haqqında məlumat yeniləndikcə universitet saytının elanlar və mübadilə proqramları bölümündə yerləşdirilir.

 

*

*

“Erasmus+” proqramının əsas şərtləri aşağıdakılardır:

–      xarici universitetə təhsil haqqı ödənilmir;

–      tələbələrin yol xərcləri ödənilir;

–      bir semestr ərzində tələbələrə aylıq təqaüd verilir (təqaüdün miqdarı ölkə üzrə fərqlənir);

–      bir semestr təhsil almaq imkanı təklif edilir;

–      yerlər üzrə müsabiqə keçirilir;

–      tələbələrin orta balı (ÜÖMG) – 80-dən yuxarı olmalıdır;

–      təhsil verilən xarici dildə sərbəst danlşıq qabiliyyəti (ingilis dili B2/C1 səviyyəsində) / dil setifikatı tələb oluna bilər;

– Yalnız I, II və III kurslarda təhsil alan tələbələr iştirak edə bilər.

Müraciət tarixləri təklif olunan proqramın elanında göstərilir.

Əsas tələb olunan sənədlər:

– Transkript

– CV (Azərbaycan və ingilis dillərində);

– pasport və ya şəxsiyyət vəsiqəsi;

– Niyyət məktubu (Motivation letter) ( təhsil almaq istədiyi universitet üçün).

Mevlana mübadılə proqramı çərçivəsində UNEC tələbələri Türkiyə Respublikasının 40-dan çox ali təhsil müəssisəsində bir və ya iki semestrlik təqaüdlü təhsil ala bilərlər.

Mevlana mübadilə proqramının əsas şərtləri aşağıdakılardır:

  • təhsil alacağı xarici universitetə təhsil haqqı ödənilmir;
  • bir semestr ərzində tələbələrə aylıq təqaüd verilir;
  • bir və ya iki semestr təhsil almaq imkanı;
  • yerlər üzrə müsabiqə keçirilir;
  • tələbələrin orta balı (ÜÖMG) 75-dən yuxarı olmalıdır;
  • təhsil verilən xarici dildə sərbəst danlşıq qabiliyyəti (ingilis dili B1/B2 səviyyəsində və türk dili)/ dil sertifikatı tələb oluna bilər;
  • Yalnız I, II və III kurslarda təhsil alan tələbələr və I kurs magistratura pilləsində təhsila alanlar müraciət edə bilərlər.

 

Müraciət tarixləri: hər tədris ilinin fevral-mart aylarında

 

Tələb olunan sənədlər:

  • Transkript
  • CV (Azərbaycan və ingilis dillərində)
  • Pasport və ya şəxsiyyət vəsiqəsi.