27 may 1980-ci ildə Ucar rayonunun Lək kəndində anadan olmuşdur.
2001-ci ildə Bakı Dövlət Universitetinin Coğrafiya fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir.
2001-2008-ci illərdə Nizami rayonu 129 saylı orta məktəbində coğrafiya ixtisası üzrə müəllim vəzifəsində işləmişdir.
2001-2004-cü illərdə Bakı Dövlət Universitetinin Coğrafiya fakultəsinin «Landşaftşünaslıq» ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
2004-cü ildən «Landşaftşünaslıq» ixtisası üzrə doktorant olub.
2008-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin «Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı» kafedrasında müəllim vəzifəsində işləyir.
2018-ci ildə namizədlik dissertasiya işini müdafiə edərək coğrafiya üzrə elmlər doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
UNEC-in «Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı» kafedrasının baş müəllimi olub.
20.04.2022-ci il tarixdən həmin kafedranın dosenti vəzifəsinə keçirilib.
35 elmi əsər və tezisin müəllifidir.
Ailəlidir, iki övladı var.
ELMİ ƏSƏRLƏR (hiperlinkli əlavələr)