1998-2002-ci illərdə Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutunda təhsil almış və “Toxuculuq və Yüngül sənaye mallarının bədii layihələndirilməsi” (Dizayn) ixtisasının bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Toxuculuq və Yüngül sənaye mallarının bədii layihələndirilməsi” (Dizayn) ixtisasının magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
2012-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Biologiya” fakültəsini bitirmişdir.
2004-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Dizayn” kafedrasında böyük laborant vəzifəsində çalışmış, bu müddət ərzində saathesabı yolla dərs aparmış, 2013-cü ildən həmin kafedrada müəllim vəzifəsində çalışmışdır.
***
UNEC Dizayn məktəbinin Baş mentor vəzifəsini icra edir.
Azərbaycan Dövlət İqtisad Universitetinin dissertantıdır.
20.04.2022-ci il tarixdən UNEC-in “Dizayn” kafedrasının baş müəllimi vəzifəsinə keçirilib.
Ailəlidir, bir övladı var.