Mürsəl Kazımlı

Mürsəl Kazımlı 23 iyul 1992-ci ildə Bakı şəhərində anadan olub. Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra, 2010-cu ildə  613 balla UNEC-in Mühasibat uçotu və audit fakültəsinə daxil olub. 2014-ci ildə universiteti zərbəçi kimi bitirib. Məzun olduqdan sonra həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliyyətinə 2016-cı ildə 2 saylı Tibb kollecində mühasib kimi başlayıb.

2020-ci il sentyabrın 28-də qismən səfərbərliklə hərbi komissarlığa çağırılıb, sonra isə döyüş bölgəsinə göndərilib. Füzuli, Cəbrayıl və Zəngilan istiqamətlərində döyüşüb. Oktyabrın 23-də Füzuli rayonunun Kürdlər kəndində qəhrəmancasına şəhid olub.

Ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhid Mürsəl Kazımlının təltifləri