nargiz_fotoEFTİED Elmi fəaliyyətin təşkili şöbəsinin  müdiri Nərgiz Üzeyir qızı Hacıyeva 

Nərgiz Hacıyeva gənc siyasi alim, İsveçrə Fəxri Federal təqaüdçüsü, UNEC-in gənc doktorantı, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “Elmi fəaliyyətin təşkili və idarəedilməsi” departamentinin Elmi fəaliyyətin təşkili şöbəsinin müdiridir. O, eyni zamanda, UNEC Xanım Tədqiqatçılar Şurasına rəhbərlik edir.

Nərgiz Hacıyeva 2014-cu ildə Bakı Dövlət Universitetinin “Beynəlxalq Münasibətlər” ixtisasını bakalavriat səviyyəsini, 2017-ci ildə isə Litva və Fransa dövlətlərinin ayırdığı təqaüd hesabına Vitautas Magnus Universitetinin və Sciences PO-nun “Beynəlxalq münasibətlər və diplomatiya” ixtisasının magistratura səviyyəsini fərqlənmə diplomları ilə bitirmişdir.

Avropa Diplomatik Akademiyasının (European Academy of Diplomacy) “Avropa İttifaqının xarici siyasəti” adlı proqramının qrantla fəxri məzunudur.

İsveçrə Konfederasiyasının İsveçrə Federal Mükəmməllik təqaüdünün 2021-2022 akademik illəri üzrə dünya üzrə 193 ölkədən 3000 doktorant namizədlər arasından Azərbaycandan qalibidir. Sözügedən təqaüd çərçivəsində Nərgiz Hacıyeva St. Qallen Universitetinin Siyasi elmlər və iqtisadiyyat məktəbində “İşğal dönəmində Qarabağ və ətraf rayonlarda qanunsuz idxal və ixrac prosesinin iqtisadi və hüquqi qiymətləndirilməsi” ətrafında doktorantura tədqiqatını tamamlamışdır. Nərgiz Hacıyeva ilk azərbaycanlı qadın siyasi tədqiqatçı kimi Bern Universiteti İsveçrə siyasi elmlər assosiasiyasının Empirik Tədqiqatlar işçi qrupunun direktoru vəzifəsini də icra edir. Eyni zamanda, 2023-cü ilin fevral ayında Bazel Universitetində təşkil olunacaq beynəlxalq elmi konfransın təşkilat komitəsinin icraçı üzvüdür.

Ümumdünya Əqli Mülkiyyət Təşkilatı Cenevrə ofisi və Koreya Əqli Mülkiyyət Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən “INNOCAMP” 2022 15 günlük intensiv proqramda işçi qrupuna rəhbər və əsas məruzəçi seçilmişdir. Dünyanın müxtəlif ölkələrindən əqli mülkiyyət üzrə ekspertlərin iştirak etdiyi proqramda Nərgiz xanımın rəhbərlik etdiyi C qrupu “Patent strategiyası və əqli mülkiyyətin tənzimlənməsi” üzrə “Best Performance Award” mükafatına layiq görülmüşdür.

2018-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq əməkdaşlıq departamentinin mütəxəssisi, UNEC Beynəlxalq İqtisadiyyat məktəbində ingilis dilində Sosiologiya və Politologiya fənləri üzrə müəllim vəzifələrində çalışmışdır.

Xarici platforma və jurnallarda, Avropanın müxtəlif beyin mərkəzləri və siyasi tədqiqat institutlarında 40-dan çox beynəlxalq münasibətlər və siyasi elmlər üzrə məqalələrin, 16 elmi əsər, 2 kitab, bir kitab fəsli və bir çox tədqiqat işlərinin və elmi layihələrin müəllifidir.

Hazırda Elmi fəaliyyətin təşkili və idarəedilməsi departamentinin “Elmi fəaliyyətin təşkili” şöbəsinin müdiri vəzifəsini icra edir. Nərgiz İsveçrə Sürix Universitetinin Siyasi elmlər departamentinin “Democracy NET” gənc alimlər şəbəkəsinin Azərbaycan üzrə fəxri üzvü və gənc tədqiqatçı alimidir.

*

*
Eyni zamanda, Almaniyanın Düsseldorf şəhərində çap olunmuş, “İran və Türkiyənin Cənubi Qafqazda Enerji münasibətləri”, UNEC-də əcnəbilər və yerli tələbələr üçün Elmi Şuranın razılığı ilə nəşr edilmiş “Doktorluq dissertasiyasını yazmaq üçün metodik göstərişlər” (ingilis və azərbaycan dilində) adlı kitabların müəllifidir.

Konrad Adenauer Stiftung qrantı (KAS), Ifa Institut Für Auslansbeziehungen təqaüdü, ERASMUS+ təqaüdləri, PZU təqaüdü, Adam Mickiewicz təqaüdü, Stimson İnstitutu qrant mükafatçısı, Visegrad Siyasi Elmlər Məktəbi, Avropa İttifaqı Jean Monnet, Qırmızı Aypara Cəmiyyəti qrantı, MİRAİ- Yaponiya, ICMPD və s. təqaüdlərin və qrantların qalibidir.

2016-cı ildə Macarıstanın Korvinus Universiteti Budapeştin nəzdində fəaliyyət göstərən Soyuq Müharibə Siyasi Tədqiqatları İnstitutunda siyasi tədqiqatçı, 2017-ci ildə isə Çexiya Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən tanınmış Praqa Beynəlxalq münasibətlər institutunda müstəqil diplomatik tədqiqatçı olaraq “Rusiya-Türkiyə enerji münasibətlərində yeni dövrün başlanğıçı: rəqabətdən əməkdaşlığa”, “Azərbaycanın enerji diplomatiyası və Avropa İttifaqı” adlı mövzula üzərində tədqiqat aparmışdır. 2018-ci ildə Avropa İttifaqı tərəfindən “Aİ Şərq qonşuları proqramı” üzrə “Gənc Avropa Səfiri” seçilmişdir.

Avropa İttifaqı, Litva və Polşa Xarici İşlər Nazirlikləri tərəfindən təşkil edilmiş “Şərq Tərəfdaşlıq proqramının 10 illiyi”nə həsr olunmuş beynəlxalq məqalə müsabiqəsinin Azərbaycan üzrə fəxri qalibidir.

Avropa İttifaqının Şərq Qonşuları Siyasəti Proqramının qadınlar və məktəbli qızları elmə və biliyə sövq etmək üçün başlatdığı “qadınlar və məktəbli qızlar STEM-də” layihələrində yaxından iştirak edir.

Qarabağla bağlı dissertasiya işinin keyfiyyətinə və aktuallığına, eyni zamanda, beynəlxalq hüquq sahəsində təcrübəsinə görə Yaponiya Hökuməti və Yaponiya Xarici İşlər Nazirliyi tərəfindən Beynəlxalq Hüquq və Qanunun aliliyi” mövzusunda olan Yaponiya mübadilə proqramı – MIRAI -ın Azərbaycandan qalibidir.

Avropanın bir çox tanınmış universitetlərində, Mikolas Romeris Universiteti, Avropa Humanitar Universiteti, Vytautas Magnus Universiteti, Vilnus Universiteti, Siegen Universiteti, Korvinus Universiteti, Varşava Universiteti, Kazimierski Vielki Universiteti, Kozminski Universiteti, Lozanna Universiteti, St. Qallen Universiteti, Sürix Universiteti, Malaqa Universteti və Azərbaycan universitetlərində qonaq məruzəçi kimi seminarlar təşkil etmişdir.

Nərgiz Hacıyevanın “İki cəbhədə vuruşan Azərbaycan: Dağlıq Qarabağ müharibəsi və COVID-19” başlıqlı məqalə Surix Universitetinin maliyyə dəstəyilə “COVID-19 ilə bir il və demokratiya” kitabında yer alıb. Məqalədə Azərbaycanda COVID-19 pandemiyasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərdən, pandemiya dönəmində ölkəmizə beynəlxalq və regional təşkilatlar tərəfindən edilən maliyyə yardımlarından, eləcə də Vətən müharibəsi dövründə Azərbaycan xalqının həmrəyliyindən bəhs olunubdur. Həmmüəlifi olduğu kitab İsveçrə və Avropanın kitab mağazalarında satışdadır.

İngilis, fransız, alman, rus, türk və litva dillərini bilir.

Ailəlidir, bir övladı var.

*
N.Hacıyeva UNEC NEWS-da

 

 

WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser