“Nizami ili”nə həsr olunan konfransın məqalələri dünyanın nüfuzlu elmi jurnalında dərc olunacaq

16 APREL 2021 | VIEWS:
448

Nizami_ili_konfransUNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin təşəbbüsü ilə ənənəvi olaraq hər il keçirilən iqtisadiyyat və idarəetmə sahəsində təhsil alan magistr və doktorantların III Beynəlxalq Elmi Konfransının hazırlıq işləri uğurla davam edir.

Konfransın Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Gəncə Şəhər İH-nin birgə təşkilatçılığı ilə 4–7 iyun 2021-ci il tarixlərində Gəncə şəhərində keçirilməsi nəzərdə tutulub. “Nizami ili” çərçivəsində təşkil olunacaq III Beynəlxalq Elmi Konfrans dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi münasibəti ilə “Nizami Gəncəvi və Dayanıqlı İnkişaf” mövzusuna həsr olunacaq.

Konfransa məruzələrin qəbulu üçün son tarix 10 may 2021-ci ilədəkdir. İndiyədək konfransa dünyanın 10 ölkəsindən 350 elmi məruzə təqdim olunub. Konfransda elmi məruzələrlə yanaşı, dünyanın müxtəlif ölkələrindən olan mütəxəssislərin iştirakı ilə aktual mövzularda 14 “workshop” da təşkil olunacaq.

Konfransa qəbul edilən ən yaxşı 70 məqalə dünyanın 30-a yaxın nüfuzlu elmi platformasında indekslənən xarici jurnalın xüsusi buraxılışında nəşr olunacaq və qeyd olunan bütün platformalarda indekslənəcək.

Konfransın məruzələr kitabı artıq bir çox universitetlərin elektron kitabxanalarında yerləşdirilib. Eyni zamanda Google Books, Worldcat, International Conference Alerts, CONAL conference alerts, World Conference Alerts kimi platformalarda yer almaqdadır.

Konfransda iştirak ödənişsizdir.

Konfrans barədə ətraflı:

*

https://news.unec.edu.az/xeber/100-elm/7366-nizami-ili-ne-hesr-olunan-konfransin-megaleleri-dunyanin-nufuzlu-elmi-jurnalinda-derc-olunacag

449 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser