E-mail: [email protected]
; . [email protected]
04 mart 1994-cü ildə Bakı şəhərində anadan olmuşdur.
2015-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İnformasiya sistemləri və texnologiyaları mühəndisliyi ixtisasını bakalvr dərəcəsi üzrə və 2017-ci ildə Kompüter elmləri ixtisasını magistr dərəcəsi üzrə bitirmişdir. 2017-2018-ci illər ərzində UNEC-in Texnologiya transfer Mərkəzində, daha sonra 2018-2020-ci illərdə Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin Texnologiya transfer şöbəsində çalışmışdır.
Hazırda UNEC Extern Mərkəzinin mütəxəssisi və Rəqəmsal texnologiyalar və tətbiqi informatika kafedrasının 0.5 ştat əvəzçiliklə müəllimidir.
*
1 elmi məqaləsi var. 2020-ci ildə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Sosial və İqtisadi İnkişaf qurumunun (ESD) birgə təşkilatçılığı ilə keçirilmiş “Davamlı inkişafın sosial-iqtisadi problemləri” mövzusunda 55-ci beynəlxalq elmi konfransın məqalələr toplusunda “Kriptovalyutalar bankları və hökümətləri niyə qorxudur?” adlı elmi məqaləsi çap olunmuşdur.
Java proqramlaşdırma dili üzrə 2 sertifikatı var və bir neçə yerli layihədə könüllü olaraq iştirak etmişdir.